2010-cu il noyabrın 9-dan Azərbaycanda Dövlət bayrağı günü qeyd olunur. 1918-ci ilin bu günü Azərbaycan Demokratik Respublikasının parlamenti üçrəngli bayrağı dövlət rəmzi kimi təsdiqləyib.
Azərbaycan Respublikası 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olan demokratik respublikanın hüquqi varisi hesab olunur.
Azərbaycanda Dövlət bayrağı günü rəsmi bayram sayılır.