Dövlətə xəyanətdə ittiham olunanları müdafiə edən rusiyalı vəkil Gürcüstana köçüb
Rusiyalı vəkil İvan Pavlov hakimiyyət tərəfindən təqib olunduğu üçün Rusiyadan Gürcüstana köçüb. Pavlov dövlətə xəyanət ittihamları ilə bağlı işləri aparıb. O, həmçinin bir neçə qadının 2008-ci il avqust müharibəsi zamanı Rusiyanın “hərbi sirrini” Gürcüstana ötürməkdə ittiham olunduğu “qadın işi”ndə də vəkil olub. Rusiya müxalifətinin lideri Aleksey Navalnının yaratdığı Korrupsiya ilə Mübarizə Fondunu da məhkəmədə Pavlov müdafiə edib.
“İndi mən emiqrantam. Hələlik Gürcüstanda – məni çox şeyin bağladığı ölkədə. Burada mənim anam doğulub, babam dəfn olunub, uşaqlığımın üç ilini burada yaşamışam, məktəbə getmişəm…”, – İvan Pavlov Telegram kanalında yazıb.
- Korrupsiya ilə mübarizə terrorizm kimi. Rusiya məhkəməsi Navalnının təşkilatlarını qanunsuz elan edib
- Fənərlər, sevgi və Navalnı – Rusiyada müxalifətçiyə dəstək aksiyalarından fotoreportaj
- Avropa Məhkəməsində Gürcüstan Rusiyaya qarşı – iş hələ bitməyib
Rusiyanın «Новая газета» nəşrinin yazdığına görə, jurnalist İvan Safronovun ii üzrə informasiyanı “yayması” ilə bağlı Pavlova qarşı cinayət işi qaldırıldıqdan sonra o, ölkəni tərk etməyə məcbur olub. Ona şahidlərlə danışmaq, o cümlədən də rabitə vasitələri və internetdən istifadə etmək qadağan olunub ki, bu da onun işini “mümkünsüz” edib.
“Qadağalar ancaq ölkədən getmək imkanına toxunmurdu. Bu, qapıya işarə edən əlamət idi. Müvəkkillərimə Rusiyada işini davam etdirəcək etibarlı vəkillər tapmağa bir ay vaxt getdi”, – Pavlov bildirib.

Ölkədən uçduğu gün onu bütün günü izləyiblər, Peterburqda evinin yanında “qarovul çəkiblər”, onun ardınca aeroporta gediblər və təyyarəyə qədər ötürüblər – Pavlov bildirib. “Amma uçuşuma mane olmadılar, baxmayaraq ki, biletim ancaq bir istiqamətə idi”, – o bildirib.
“Buludlar çoxdan başımın üstünü almışdı. Aprelin 30-da axtarış oldu, yayda “Komanda 29”-u (İvan Pavlov və həmkarlarının hüquq müdafiə layihəsi) arzuolunmkaz təşkilat elan etdilər. Hər şüy yüksəlməyə doğru gedirdi, bu da nikbinliyi artırmırdı. Daha pis də ola bilərdi. Necə deyərlər, sağ olsunlar ki, sağam”, – Pavlov Rusiyanın “Kommersant” nəşrinə danışıb.
Pavlov vurğulayıb ki, onun müvəqqəti olaraq xaricdə yaşamaq məcburiyyətində qalmasına baxmayaraq, o, bugününü və gələcəyini Rusiya ilə bağlayır.
“Qadın işi”
2013-2015-ci illərdə Soçi şəhər sakinləri olan altı qadın dövlətə xəyanət ittihamı ilə həbs olunub. Buna onların 2008-ci il avqust müharibəsindən az əvvəl Gürcüstandakı tanışlarına göndərdikləri sms-lər səbəb olub.
Bu qadınların işini hüquqşünaslardan və jurnalistlərdən ibarət “Komanda 29” aparıb. Qrupun yaradıcıları vəkillər İvan Pavlov və Yevgeni Smirnovdur. “Komanda 29”-un saytında qeyd olunub ki, onlar “ədalətsizcə dövlətə xəyanətdə, dövlət sirrinin yayılmasında və casusluqda ittiham olunan” şəxslərə hüquqi yardım göstərirlər.