Afa, Bakı
Afa rəfiqəsi ilə birlikdə çoxdan şirniyyat hazırlayır. Kiçik şirkətlərini “Taste of frienship” adlandırıblar.
“Azərbaycanda “krep” və “pankeyk”in nə olduğunu az adam bilir. Burada içinə qiymə qoyulan milli xəmir yeməklərinə daha çox alışıblar, məsələn, qutab. Bir dəfə bir nənə gəlib soruşdu: “Qutabın içinə nə qoyursuz?” Başa salmağa çalışdıq ki, qutab deyil, nənə isə fikrindən dönmədi – lavaşın içinə nəsə qoyursansa, deməli, qutabdır. “Ətsiz qutab”ın dadına isə baxmaq istəmədi”.