Azərbaycanlı, erməni və gürcü tələbələr Berlində bir mənzildə - “Dolma gündəlikləri” serialının üç yeni bölümü
“Dolma gündəlikləri” serialı
Qafqazı əhatə edən yeganə “Dolma Gündəlikləri” (Dolma Diaries) yumoristik veb-serialının üç yeni seriyası yayımlanıb.
Videoların üçünə də aşağıda baxa bilərsiniz.
Serial Berlində birgə kirayədə yaşayan üç gənc – erməni, azərbaycanlı və gürcü tələbələrdən bəhs edir. Onlar Almaniyaya təhsil almağa gəlikləri zaman aldıqları təqaüdün şərtlərinə görə, “rəqiblə birgə yaşamaq” məcburiyyətindədirlər.
Serial öz vəzifəsini stereotipləri lağa qoymaq kimi görən bir qrup Cənubi Qafqaz və Almaniya vətəndaş fəalları və media prodüserləri tərəfindən hazırlanır.
“Azərbaycan və Ermənistan arasında son gərginliyin yaranmasına baxmayaraq, biz dinc qonşuluğa inanmaq istəyirik və inanırıq ki, serialın qəhrəmanları Armen və Azər arasında tədricən inkişaf edən dostluq və inam hekayələri bir növ nümunə ola bilər”, – serialın prodüseri Oliver Mueser deyir.
İlk, pilot epizod 2022-ci ilin payızında “Friedrich Ebert Stiftung”un dəstəyi ilə buraxılıb, ona burada baxmaq olar. Əvvəlcə pilot epizodu izləməyə dəyər, çünki burada əsas personajlarla tanış olmaq və əsas hekayə xətlərini görmək mümkündür.
Orada həmçinin Oliver Mueser “The Dolma Diaries” serialının necə yarandığı haqda danışır.
Epizod 2
Epizod 3
Epizod 4
“Dolma Gündəlikləri” serialı Almaniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə hazırlanır.
Baş rollarda: Beka Buçukuri, Sos Petrosyan və Anar Rzayev.
Həmçinin rollarda: Elina Vildanova, Nino Ananiaşvili, Anahit Krisçyan, Pərvin Quliyev və Mari Şarf.
Ssenarist və rejissor: Oliver Mueser
Həmmüəlliflər: Aşot Danielyan, Məhərrəm Zeynalov, Sergey Sarkisyan, Giorgi J, Anar Rzayev və Giorgi Canelidze.
Operator: Joshua Berens.
Redaktor: Sebastian Ledet.