Nino (Mtisa) Kvetaşvilinin 37 yaşı var, Gürcüstanın Duşeti rayonunun Çarqali kəndində yaşayır.
“Mənim üçün dağlar ideal və əziz yerlərdir. Burada qorunub saxlanılan və başqa heç bir yerdə olmayan unikal adətləri sevirəm. Ancaq burada qadınlar kişinin qarşısına baş örtüksüz çıxmağa utanar, eyni zamanda həm cazibədar, həm də əlçatmaz ola bilər. Gənclərin dağları tərk etdiyini görəndə ürəyim ağrıyır. Dağlar gənclər üçündür, çünki məhz dağlarda azadlığı axtaran, azadlığı sevən insan əsl azadlığa qovuşa bilir”.