Dağıstanda baş nazir və müavinləri saxlanılandan sonra hökumət istefaya göndərilib
“Kavkazski uzel”in materialları əsasında
Dağıstan hökuməti istefaya buraxılıb. Bundan əvvəl isə axtarışlar olub, yerli məmurlar saxlanılıb – onlar sosial proqramların realizəsi zamanı dələduzluqda şübhəli bilinir.
Müvəqqəti olaraq Dağıstan başçısı vəzifələrini icra edən Vladimir Vasilyev respublikanın baş nazir vəzifələrini müvəqqəti icra etməyə Anatoli Karibovu təyin edib.
Bu qərar fevralın 5-də Dağıstanın hökumət başçısı Abdusamad Qamidov və müavinləri Şamil İsayev və Rayudin Yusufov güc qurumları əməkdaşları tərəfindən saxlanılıb, Moskvaya çatdırılandan sonra qəbul edilib. Məmurlar sosial proqramların realizəsi zamanı büdcə vəsaiti ilə dələduzluqda şübhəli bilinirlər.
Cinayət işinin epizodlarından biri Kaspiyskdə Respublika Təhsil Mərkəzinin tikintisi zamanı fırıldaqlarla bağlıdır, “Kommersant” öz mənbələrinə istinadla bildirir.
Nəşrin məlumatına görə, büdcədən məktəbin tikintisinə ayılan milyard rubldan (təxminən 17,5 milyon dollar) 800 milyondan çox (təxminən 1,4 milyon dollar) respublikanın təhsil naziri Şaxabas Şaxov və bu layihəni idarə edən Nazirlər Kabineti rəhbərlərinin əlinə keçə bilərdi.
Bu gün Moskvada məhkəmə saxlanılan məmurlara qəti imkan tədbiri seçməlidir.