Çindən qayıtmış dörd azərbaycanlı tələbə karantindədir
Çindən gəlmiş dörd azərbaycanlı tələbə karantində saxlanılır – bunu Turan agentliyi Azərbaycan Səhiyyə Nazirliyinə istinadla xəbər verir.
Həmin tələbələr 2019-nCoVС koronavirusunun yayılmasının episentri olmuş Uxan şəhərindən gəliblər. Bu virusdan Çində artıq 200 nəfərdən çox ölən var, ümumilikdə isə, təxminən 10 min yoluxma halı qeydə alınıb.
Hazırda Uxan şəhəri giriş və çıxışa bağlıdır, lakin bu tələbələr onu daha əvvəl, yanvarın 23-də tərk ediblər. Onlar karantində 14 gün keçirəcəklər.
• Koronavirus – beynəlxalq qlobal fövqəladə vəziyyət elan olunub. Yenilənmə
• Yeddi azərbaycanlı tələbə yoluxmuş şəhəri tərk edə bilmir