Gürcüstanın Çiatura şəhərində mədənlər və dağıntılar
Pionerlər Sarayının xarabalığa dönən unikal binası; paslanmış, istismardan çıxmış vaqonlar; Sovet İttifaqı dağılandan sonra Çiatura-Saçxere dəmir yolu hiss0əsində dalanda ilişib qalan teplovoz; dağılmaqda olan, boyası tökülmüş kabinalı kanat yolu – Çiatura şəhərində vaxt dayanıb və hətta geriyə sayır. Burada hər şeyi pas basıb.
“Qara qızıl şəhəri – bu şəhəri Sovet İttifaqına belə adlandırırdılar. Çiatura Qafqazda manqan hasilatı və emalı mərkəzi sayılırdı. Amma yerli sakinlər üçün bu, heç nəyi dəyişmir – bu gün mədənçilər şəhəri böyük ehtiyac içində yaşayır.
Hara baxırsan, hər yerdə küçə alverçilərini görürsən. Əvvəllər alver mağazalarda gedirdi, amma vaxt keçdikcə hər şey dəyişdi. Çiaturanın mərkəzində, düz səkinin üstündə alt paltarları, köynəklər, corablar və papaqlar düzülüb – burada hər şeyin qiyməti 10 laridən ucuzdur.
Maşın yolunun kənarında göyərti, meyvə və tərəvəz satırlar. Qadınlar hər səhər bura yaxınlıqda yerləşən kəndlərdən gəlir, gecə düşəndə də avtobusla evlərinə qayıdırlar.
Kişilər ailələrini dolandırmaq üçün köhnə zavodun xarabalıqlarında dəmir yığıb, metal qırıntılarının qəbulu məntəqəsinə aparırlar.
Yerli sakinlər danışır ki, əvvəllər ailənin ən azı bir üzvü mədəndə işləyirdi, sonra istehsalın ixtisarı və bəzi mədənlərin bağlanması səbəbindən onların əksəriyyəti xırda küçə alveri ilə dolanmağa başladı.
Ən çox adam Çiaturanın pulsuz yeməkxanasının qarşısında yığışır. Gündəlik yemək porsiyasını almaq istəyənlər səhər o başdan burada toplaşırlar – elə buradaca skamyada oturub, müxtəlif mövzuları müzakirə edirlər.
Sıldırım dağlarla əhatə olunmuş və kanat yolları şəbəkəsinə sarılmış şəhərdə fotoqraf David Tabaqari səhayət edirdi.