Rusiyanın «Novaya qazeta» nəşri xəbər verir ki, Çeçenistan DİN Milli Qvardiyasının hərbçiləri Suriyada keçiriləcək səhra əməliyyatında iştirak üçün hazırlanır.
Qəzet sübutları – bax, bu iki reklam broşürünün fotolarını dərc edib.
Rusiyanın müstəqil nəşrinin iddiasına görə, DİN-insabiq AhmadKadırov adına xüsusi alayının (daha çox “Şimal” batalyonu kimi tanınan və hazırda Milli Qvardiya qoşunlarının federal xidməti (MQQFX) strukturuna daxil olan) əməkdaşlarından biri “Novoyaqazeta”ya iki broşür göndərib ki, nəşr də bu broşürlərdəki fotoları dərc edir.
Mənbə bildirir ki, bu broşürlər Milli Qvardiyanın nümayəndələri tərəfindən batalyonun hərbçiləri arasında yayılır.
Bu broşürlər Milli Qvardiya strukturuna daxil olan “Şimal” çeçen batalyonunun hərbçiləri arasında yayılıb.
Birinci broşür “Vizual tərcüməçi (Suriya Ərəb Respublikası)” adlanır. Onun üzərində Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin emblemi – qırmızı-ağ-göy ulduz əks olunub.
Məlumat mövzular üzrə strukturlaşdırılmış şəkillər halında təqdim edilib: Yaxın Şərqin xəritəsi, Suriyanın xəritəsi, yerli əhali ilə ünsiyyət qurub, onlardan rəqibin yerləşməsi, silahlanması və hərəkəti haqda məlumat almaq üçün lazım olan rəqəm və ifadələrin ərəbcəyə (rusca transkripsiya ilə) tərcüməsi.
İkinci vəsait ağ on vərəqli broşürdən ibarətdir və demək olar ki, illüstrasiyası yoxdur. Bu broşür “Suriya Ərəb Respublikasında tapşırıqların yerinə yetirilməsi zamanı hərbçilərə tövsiyələr” adlanır.
Vəsait ərazisində hərbi əməliyyatlar aparılan ölkə haqda qısa məlumatların verildiyi bir neçə fəsildən ibarətdir: coğrafi məlumatlar, dil, bayramlar, valyuta, ənənələr.
“Novoya qazeta” yazır ki, mütəxəssislərin rəyincə, bu broşürlər Əfqanıstan müharibəsi zamanı sovet hərbçilərinə verilən vəsaitləri xatırladır.