Cənubi Osetiyada “Yeqova şahidləri” ekstremist elan edilib
„Yeqova şahidləri” Cənubi Osetiya ərazisində ekstremist təşkilat elan olunub.
Baş prokuror Uruzmaq Caqayev bu iddia ilə 2017-ci ilin iyulunda məhkəməyə müraciət edib. İddianın qaldırılmasına “Yeqova Şahidlərinin” toplantılarında ekstremist xarakterli ədəbiyyat və ideyaların təbliğ edildiyi haqda xəbərlərin yayılması səbəb olub.
Elə həmin zaman dini icma üzvlərinin evlərində axtarış aparıb dini ədəbiyyat müsadirə edilib.
Cənubi Osetiyanın ədliyyə naziri Zalina Laliyevanın sözlərinə görə, məhkəmə qərarı 10 gün sonra qüvvəyə minəcək – əgər o zaman qədər qərardan şikayət verilməsə. Bu məqamdan etibarən “Yeqova Şahidlərinin” toplantı keçirməsi və ya istənilən digər ictimai fəaliyyət göstərməsi qadağan olunacaq.
Nazir ehtimal edir ki, “onlar istənilən halda gizli şəkildə toplanacaqlar, amma onların fəaliyyəti səlahiyyətli orqanlar tərəfindən izləniləcək”.
2017-ci ilin iyulunda Rusiya Ali Məhkəməsi “Yeqova Şahidlərini” qəti şəkildə ekstremist təşkilat kimi tanıdı və ölkə ərazisində fəaliyyətini qadağan etdi.
Sentyabrda Avropa İnsan Haqları Məhkəməsi “Yeqova Şahidlərinin” və Ruusiya hakimiyyətinin müxtəlif zamanlarda ekstremist və terrorçu elan etdiyi başqa bir neçə dini təşkilatın şikayətlərini baxılmağa qəbul etdi.
RF-də “Yeqova Şahidlərinin” 100-150 min nəfərə qədər ardıcılı var. “Yeqova Şahidləri” əsasını 1872-ci ildə ABŞ-da Çarlz Rassel tərəfindən yaradılaan “Bibliya Tədqiqatçıları” hərəkatından (ingiliscə Bible Students) götürüb. Ümumilikdə dünyada təşkilatın öz məlumatına görə, təlimin səkkiz milyondan çox ardıcılı mövcuddur.
Material müəllifinin təklif etdiyi terminlər, toponimlər, fikirlər və ideyalar onun şəxsinə aiddir və JAMnews- un və ya onun ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır