Cənubi Osetiyada Yeni İldə internetin əhəmiyyətli dərəcədə yaxşılaşacağı gözlənilir
Cənubi Osetiya əhalisinə əla yeni il hədiyyəsi vəd edilib – dekabrın sonuna qədər ikinci internet əlaqəsi operatoru “Cənub-Telekom” işə başlayacaq. Sxinvalda optik lif xəttinin çəkilişi üzrə işlər başlanıb, “Cənub-Telekom” artıq respublikada fəaliyyət lisenziyası alıb.
Beş il əvvəl Cənubi Osetiya Gürcüstan internet distributorları ilə əməkdaşlığı dayandırıb və Rusiyanın “OsTelekom” şirkəti ilə əməkdaşlığa keçib. Bütün bu illlər ərzində şirkət 56 min abonent üçün inhisarçı kimi fəaliyyət göstərib. Belə vəziyyətlərdə isə klassik şərtlər yüksək qiymətlərdən və aşağı keyfiyyətdən ibarət olur.
“Cənub-Telekom” abonentlərə daha ucuz və daha keyfiyyətli internet əlaqə vəd edir.
“Bu, kommersiya layihəsidir, tamamilə sərmayəçi hesabına həyata keçirilir. Birinci növbədə Sxinvaalın ən yüklənmiş mikrorayonlarına kabel çəkiləcək, ilk abonentlər şəbəkəyə iki həftə ərzində qoşulacaq”, – İnformasiya Texnologiyalarının İnkişafı İdarəsinin rəisi Robert Beteyev JAMnews-a bildirib.