Cəmi bir sutkada 50 min Gürcüstan vətəndaşı Almaniyada işləmək üçün qeydiyyatdan keçib
Cəmi bir neçə saat ərzində Gürcüstan əhalisinin 1,5 faizi leqal iş üçün Almaniyaya getmək istəyənlərdən ötrü hökumət saytında anket doldurub.
Qeydiyyat fevralın 15-də başlayıb və 1fevralın 16-da 5:00-daartıq 53 274 nəfər qeydiyyatdan keçib.
Eyni zamanda sayta o qədər insan daxil olub ki, müvəqqəti olaraq saytı söndürmək lazım gəlib – Məşğulluğa Yardım Agentliyinin direktoru Nino Beltauri “Biznes-kuryer” nəşrinə danışıb.
Gürcüstanın Səhiyyə Nazirliyi 2021-ci il fevralın 12-də Almaniya ilə saziş imzalandığı haqda məlumat verib. Söhbət kənd təsərrüfatında mövsümi işlərdən gedir. Proqrama əsasən, Gürcüstan vətəndaşları Almaniyada həftədə beş-altı gün işləməklə bir aydan üç aya qədər keçirəcəklər. İş günü 8-10 saat olacaq.
Minimum əməkhaqqı saatı 9,5 avro (toplanır) nəzərdə tutulub. Bu məbləğdən vergilər, yemək və kirayə xərci çıxılacaq.
Almaniyanın Gürcüstandakı səfirinin sözlərinə görə, Gürcüstan Almaniyanın bu istiqamətdə işləməyə başladığı ilk ölkədir.
Qeydiyyat bütün il boyu açıqdır: https://workabroad.moh.gov.ge/
Gürcüstanın hər yeddi vətəndaşından biri sosial yardım alır. Rəsmi işsizlik 12 faiz təşkil edir, hərçənd, 63 faiz özünü işsiz hesab edir.
Keçmiş baş nazir və “Gürcü arzusu” iqtidar partiyasının sədri Bidzina İvanişvili Gürcüstan vətəndaşlarının xaricdə leqal işlə təminatının mümkünlüyü haqda ilk dəfə iki il əvvəl bəyan edib.