Böyük Britaniyada çətənəni Soyuq müharibə dönəmindən qalmış yeraltı bunkerdə yetişdiriblər
Paylaşmaq
Paylaşmaq
Böyük Britaniya polisi Soyuq müharibə dönəmində atom bombasının atılacağı təqdirdə daldalanmaq üçün tikilmiş bomba sığnağında iri çətənə plantasiyası aşkarlayıb.
Bunker İngiltərənin cənubunda Uiltşir qraflığındakı kənddə yerləşir. Bomba sığnağında mindən çox marixuana kolu aşkarlanıb ki, bunun da ümumi dəyəri milyon funtdur.
Bunkerin girişi içəridən bağlanan və atom partlayışına davam gətirə biləcək iri bir qapı ilə örtülüb. Polislər içəri girmək üçün fərasətli plantasiyaçıların bayıra çıxarkən qapını açmalarını gözləməli olublar. Nəticədə polis marixuananın əkilməsində şübhəli bilinən altı şəxsi saxlayıb, – BBC xəbər verir.
Polis işçilərinin sözlərinə görə, onlar bunkerdə təxminən iyirmi otaq sayıblar. Bu otaqların hamısı isitxana kimi düzəldilib və çətənənin kultivasiyası üçün xüsusi lampalarla təchiz olunub.
80-ci illərdə inşa edilmiş bunker Soyuq müharibə bitəndən sonar nəzarətsiz qalıb.