Moskvada 2015-ci ilin fevralında Boris Nemtsova qarşı sui-qəsd həyata keçirən qrupun bütün üzvlərinə hökm oxunub.
Siyasətçi Boris Nemtsov Kremlin lap yaxınlığında kürəyindən aldığı altı güllə yarası ilə qətl edilmişdi.
Məhkəmə heyəti bu cinayətdə ittiham olunan Çeçenistan əsilli beş nəfəri təqsirli bilib. Qətlin bilavasitə icraçısı olan hərbçi Zaur Dadayev 20 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Qalan dörd nəfər 11 ildən 19 ilə qədər cəza alıb.
Onlardan heç biri özünü təqsirli bilməyib.
Zərərçəkənlərin – Boris Nemtsovun ailəsinin vəkilləri çoxsaylı müsahibələrində bildiriblər ki, prosesin gedişatından razı deyillər. Onların sözlərinə görə, prokurorun və hakimin əsas məqsədi bilavasitə icraçıları cəzalandırmaq, qətlin təşkilatçıları və sifarişçilərini isə kənarda qoymaq idi.