BMT Qüdsü İsrailin paytaxtı olaraq tanıdığı üçün ABŞ-ı pisləyib
Dekabrın 21-də BMT-nin Baş Assambleyasında ABŞ-ı Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarını ləğv etməyə çağıran qətnamə qəbul edilib. Bu haqda CNN məlumat verib.
Birləşmiş Ştatlar və İsraildən başqa Okeaniyanın bir neçə kiçik dövləti, o cümlədən Toqo, Qvatemala və Honduras qətnamənin əleyhinə səs verib. Bir neçə Avropa ölkəsi, o cümlədən Avstraliya, Kanada və Meksika bitərəf qalıb.
BMT Baş Assambleyasının sessiyasından bir gün öncə Donald Tramp bildirib ki, qətnamənin lehinə səs vermiş ölkələr ABŞ-ın maliyyə dəstəyindən məhrum ola bilər. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli də qeyd edib ki, qətnamə lehinə səslər Tramp tərəfindən şəxsi ədavət kimi qəbul ediləcək və fəsadları olacaq.
Dekabrın 6-da Donald Tramp Qüdsü İsrailin paytaxtı elan edib və hazırda Tel Əvivdə yerləşən Amerika səfirliyini ora köçürməyi vəd edib.
Dünya ictimaiyyəti Şərqi Qüdsü (Yerüsəlim) İsrail tərəfindən işğal olunmuş ərazi hesab edir. Bu ərazi ətrafıında münaqişə artıq 50 ildir ki, davam edir. Bu yaxınlarda JAMnews bu haqda yazıb:
https://jam-news.net/?p=74121&lang=ru