Abxaziyada qan düşmənçiliyi zəminində qətllər
Abxaziyada qan düşmənçiliyi zəminində qətllər seriyası.
Hər şey ondan başlayıb ki, Yeni ilin birinci günü 26 yaşlı Suxum sakini Beslan Kvitsiniya qətlə yetirilib. Bu cinayətdə şübhəli bilinən Oçamçira rayonunun Quada kənd sakini Roland Jiba Gürcüstan ərazisində gizlənib.
Qan düşmənçiliyi də bundan başlayıb.
Əvvəlcə yanvarın 3-dən 4-nə keçən gecə Qtsada kəndində Roland Jibanın və iki qohumunun evləri yandırılıb. Yanvarın 6-da axşam isə Suxum qəbiristanlıqlarından birində, Beslan Kvitsiniyanın məzarının yanında qətldə şübhəli bilinən şəxsin əmisi oğlu Roman Jiba xüsusi qəddarlıqla öldürülüb. Onun üstünə benzin töküb, yandırıblar, sonra da güllələyiblər.
Daha sonra isə Abxaziya DİN-nin mətbuat xidmətinin bildirdiyinə görə, postlardan birində Abxaziya milisi bir qrup silahlı şəxsin olduğu maşını saxlayıb. Yayılan məlumata görə, onların üstündə olan oldu silahın bir hissəsi Jibanın qətlində istifadə edilib.