Biznesə çevrilən hobbi. Ermənistandan videobloq
Xüsusi biliklər və hər hansı təcrübə olmadan öz biznesinə necə başlamalı? Bu video Ermənistanda əlinə mil alıb, tələbəlik illərindən öz biznesinə başlayan jurnalist haqdadır. İlk addımlarını uşaq vaxtı anasının toxumasını izlədiyi zaman yaddaşında qalan az sayda hərəkətləri xatırlamaqla atıb. Onun üçün asan olmayıb, çünki heç kim onun uğuruna inanmır və hamı təəccüblənirmiş ki, “nənələr kimi toxumaq” onun nəyinə lazımdır.
“Amma elə bu insanlar mənim necə və nə toxuduğumu görüb, onlar üçün də nəsə toxumağı xahiş etməyə başladılar”, – Anjela Harutyunyan deyir.
Bütün hekayə onun özünün çəkdiyi videobloqda.