“Biz müharibədən sonra”, Azərbaycandan film
Azərbaycan sakinləri ikinci Qarabağ müharibəsi haqda
Şəxsən sizin üçün müharibə nə deməkdir? Siz xoşbəxtliyi necə təsəvvür edirsiz? Xəlayınız haqda danışın. Sevgi necə olur? Bəs ölüm? Siz Azərbaycan və Ermənistan arasında sülhə inanırsızmı? Onları bundan sonra nə gözləyir? Ölkənin və regionun çiçəklənməsinə necə nail olmaq mümkündür? Hakimiyyət bunun üçün nə etməlidir? Sakinlər nə edə bilər və nə etməlidirlər?
Beş Azərbaycan sakini bu suallara cavab verərək, özləri haqda danışıblar: pedaqoq Cəmilə İsmayılova, pianoçu Sevda Mahmudova, tatu ustası Kamal Abdulla, həkim Lalə Musazadə, tələbə Murad Təhməzov.
Bu film hər iki tərəfdən 7 mindən çox insanın həyatına son qoymuş 44 günlük müharibədən (27 sentyabr – 10 noyabr 2020-ci il) sonra Azərbaycan və Ermənistanda çəkilən dörd filmdən biridir. Müharibədə minlərlə insan yaralanıb, yüzlərlə insan əlil olub. 2020-ci il 9 noyabrda imzalanmış atəşkəs haqda bəyanat kövrək olaraq qalır, atəşkəs rejimi vaxtaşırı pozulur. Bir çox humanitar məsələlər həllini tapmayıb.
Filmlər silsiləsi JAMnews və Yerevanın “İctimai Jurnalistika Klubu”nun (Public Journalism Club) əməkdaşlığı ilə hazırlanıb.
Müəllifin təklif etdiyi terminlər, toponimlər, fikir və ideyalar onun özünə məxsusdur, JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews məqaləyə yazılam təhdid, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır