“Birləşmiş müxalifət” Gürcüstanda prezident seçkilərinin nəticələrini tanımır və küçələrə çıxmaq niyyətindədir
[pullquote align=”right”]“Gürcüstanın prezidenti yoxdur, ancaq iqtidar partiyasının rəhbəri Bidzina İvanişvilinin prezidenti var”[/pullquote]
Bu haqda bu gün Tbilisidə toplaşan tərəfdarları qarşısında prezidentliyə namizəd Qriqol Vaşadze bildirib.
O, tərəfdaşlarına müraciət edib və bildirib ki, seçkilərin nəticələrini tanımır.
O deyib ki, Gürcüstanın prezidenti yoxdur, yalnız “Gürcü arzusu” iqtidar partiyasının rəhbəri Bidzina İvanişvinin prezidenti var.
Onun sözlərinə görə, müxalifət növbədənkənar parlament seçkilərinin keçirilməsini, həmçinin seçki komissiyasının yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə komplektləşdirilməsini tələb edir.
Hazırda Hollandiyada olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili də toplananlara Skype vasitəsilə müraciət edib.
Toplananlar“Mişa! Mişa!” şüarı səsləndiriblər.
•Mixail Saakaşvili haqda gürcülərdən soruşmaq istədiyiniz altı şey
•Doqquz ukraynalı Saakaşvili haqda nə düşündüyünü JAMnews-un kamerasına danışıb
•İvanişvili:Gürcüstanı idarə edən şəxs seçkilərə beş gün qalmış nələr danaşıb?
“Biz heç vaxt saxtalaşdırılmış seçkilərin nəticələrini tanımayacağıq… Biz proporsional siyahı üzrə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirik ki, bu feodal hakimiyyətdən canımızı qurtaraq”, – Saakaşvili tərəfdarlarına müraciət edib.
Saakaşvili onları bazar günü, dekabrın 2-də etiraz aksiyasına toplaşmağa çağırıb.
“Dinc və mütəşəkkil şəkildə biz bu hakimiyyəti bitirməliyik”, – o deyib.
Toplaşanlar “Mübarizə, mübarizə” şüarını səsləndirirdilər.
Saakaşvili kəmçinin xalqı “kartofa satılmaqda” ittiham etməməyə çağırıb. Onun sözlərinə görə, xalq yoxsulluq içindədir və heç bir günahı yoxdur.
“Burda bircə günahkar var – Gürcüstanın düşməni İvanişvili”, – o deyib.