Bir sayta sığan 125 il
“Çox təsirlidir, “qeyri-adidir, “Səyahətə görə çox sağ ol, “Borjomi, “göz yaşlarımı saxlaya bilmədim, – “Facebookun gürcü istifadəçilərinin əfsanəvi mineral su “Borjominin 125 illiyinə həsr olunan yeni internet saytı ilə bağlı rəyləridir.
“Borjomi 125 rəqəmsal layihəsini nəzərdən keçirənlərə keçmişə maraqlı tarixi ekskurs təklif olunur.
“Borjomi şüşəsinin təkamülü ilə yanaşı siz Tbilisinin həyatının necə dəyişdiyini görəcəksiz.
Tbilisidəki adi mənzillərdən birinin interyeri gözlərinizin önündə on üç dəfə dəyişəcək. Bu interyerdə dəyişməyən yalnız bütün vaxtlar və epoxalarda Tbilisinin ailə masasında duran “Borjomi şüşəsi olacaq.
“Borjominin 125 illik tarixi on illərə bölünüb. Bircə düyməni basmaqla siz bir dövrdən başqa dövrə keçəcək və o vaxtlar Tbilisidə nələrin baş verdiyini – evlərin necə tikildiyini, insanların necə əyləndiyini, nə oxuduqlarını, hansı musiqiyə qulaq asdıqlarını, nə ilə maraqlandıqlarını görəcəksiz.
Layihəni gürcü kreativ şirkəti “BetterFly gerçəkləşdirib. Şirkətdə danışırlar ki, “Unudulmaz səyahətin yaradılması heç də asan olmayıb və bunun üçün geniş miqyaslı tədqiqatlar aparmaq lazım oldu. Yazıçı Dmitri Xupeniya bu və ya digər epoxaya xas olan qəzet parçaları seçdi. Musiqiçi Tornike Karçxaladze arxiv və müasir texnika köməyiylə hər bir onilliyə məxsus səs effektlərini demək olar ki, yenidən yaratdı.
Saytı nəzərdən keçirdiyiniz zaman qəzetlər, qrammofon və televizoru da “tıklamağı unutmayın. Qədim paltartikən maşının nostalji səsini və 30-cu illərin kip bağlanmış pəncərələrini də xatırlayın.