Belarus: müxalifət lideri Tixanovskaya prezident Lukaşenkoya ultimatum elan edib
Belarus müxalifətinin prezident seçkilərinin qalibi elan etdiyi keşmiş prezidentliyə namizəd Svetlana Tixanovskaya prezident Aleksandr Lukaşenkoya ultimatum elan edib, hakimyyətdən getməsi üçün ona oktyabrın 25-ə qədər vaxt verib.
Tixanovskaya ölkə vətəndaşlarına və məğlubiyyətini etiraf etmək istəməyən Aleksandr Lukaşenkoya müraciət edib.
O, çıxışını ultimatum adlandırıb. Çıxışın mahiyyəti üç tələbdən ibarətdir:
— Aleksandr Lukaşenkonun hakimiyyətdən getməsi;
— Bütün siyasi məhbusların azad edilməsi;
— Polis zorakılığına qəti şəkildə son vermək.
•Rusiya Belarusu alacaq? Ekspert rəyləri
•Rusiyanın təbliğat desantı Belarusu ələ keçirib
Bu tələblər oktyabrın 25-ə qədər yerinə yetirilməzsə, Belarus müxalifətinin liderlərindən biri ölkə vətəndaşlarını çağırır:
— Ümummilli tətil elan etməyə;
— Dövlət banklarının xidmətindən istifadə etməməyə;
— Dövlət mağazalarından mal almamağa;
— Yolları bağlamağa.
Tixanovskaya vurğulayıb ki, Belarusda etiraz “dinc və zorakılıqdan uzaq” davam edir, amma səbrin də bir həddi var.
Belarusda prezident seçkiləri avqustun 19-da baş tutub. Rəsmi nəticələrə əsasən, bu seçkilərdə 80 faiz səslə Aleksandr Lukaşenko qələbə qazanıb. Amma Belarus müxalifəti hesab edir ki, seçki saxtalaşdırılıb. Belarusda seçkilərdən sonra permanent kütləvi etiraz aksiyaları davam edir. Lukaşenko rejimi etirazçılara qarşı güc tətbiq edir. Nəticədə bir neçə nəfər həlak olub, yüzlərlə insan həbs edilib.