Yeniyetmələr arasında Avropa Olimpiya Festivalı ildə iki dəfə (qış və yay) olmaqla 1991-ci ildən keçirilir və Avropa Olimpiya Komitələri Assosiasiyasına daxil olan ölkələrin 14-18 yaş arası idmançıları üçün nəzərdə tutulub.
Azərbaycan bu fesivalda 1993-cü ildən iştirak edir və ilk dəfədir ki, evsahibi rolundadır.
Yarışlar on idman növü üzrə keçirilir. Tamaşaçılar üçün giriş azaddır.
Festival iyulun 21-dən 27-ə qədər davam edəcək.
Neçəyə başa gəlib?
Azərbaycanın festivalın təşkilinə nə qədər pul xərslədiyi bəlli deyil.
Gənclər və idman naziri Azad Rəhimov konkret məbləği açıqlamayıb və sadəcə bildirib ki, Azərbaycan Macarıstan və Gürcüstanın ötən illərdə sərf etdiyi ilə müqayisədə daha az vəsait xərcləyib.
Nazirin sözlərinə görə, idmançıların yaşamaq və yemək xərclərini öz ölkələri ödəyir, elə yol xərclərini də öz ölkələri çəkib.
Şəhər sakinlərinin şərhi
Son bir neçə ildə doğma şəhərdə idman tədbirlərindən bezən bir çox bakılılar bəzi yollarda bir xəttin festival ehtiyacları üçün ayrılmasından narazı qalıblar.
Sosial şəbəkələrdən şərhlər:
“Növbəti mənasız tədbir. Yollar onsuz da həmişə tıxacdır, indi xəttin birini də kəsirlər”;
“Bu nə festivaldır ümumiyyətlə? Gözə soxmaqdan başqa bu bizim nəyimizə lazımdır ki?”