Bakıda yanlış saxlamağa görə maşınları artıq aparmayacaqlar, cəriməsi də iki dəfə az olacaq
Paylaşmaq
Paylaşmaq
Əvvəl necə idi və nə dəyişdi?
İndiyə qədər sürücüləri yol polisi “cəzalandırırdı”. Maşını evakuatorla aparırdılar, sürücü də ardınca cəza meydançasına getməli olurdu. Orada o nəinki cəriməni, həm də evakuator xərclərini ödəməli olurdu. Ümumilikdə maşını cərimə meydamçasından çıxarmaq 40 manata (24 dollara yaxın) başa gəlirdi.
İndi bu, iki dəfə ucuz başa gələcək və heç yana getmədən, cəriməni online ödəmək mümkünn olacaq.
Bu ilin iyulunda Bakı Nəqliyyat Agentliyinə (BNA) tapşırılmışdı ki, maşın dayanacaqlarında və maşın saxlamağın qadağan edildiyi yerlərdə foto və video qeydiyyat sistemləri quraşdırılsın. Əvvəllər Bakı İcra Hakimiyyətinin tabeliyində olan dayanacaqlar da BNA-nın nəzarəti altına keçdi.
Yeni cərimə sisteminin necə çalışdığı haqda JAMnews-a cərimələnən sürücülərdən biri danışıb:
“Mənə nəqliyyat agentliyindən maşınımın fotosu və gps-koordinatları ilə sms gəldi ki, mən şəhərin mərkəzində maşını yanlış yerdə saxlamışam. Cərimə 20 manat (12 dollara yaxın), amma 10 gün ərzində ödəsəm, 10 faizlik güzəşt əldə edəcəm”.
Sürücülərin reaksiyası
İlk cərimələnənlər sosial şəbəkələrdə təəssüratlarını bölüşərək, ümumi qənaətə gəliblər ki, yeni qayda şəhər üçün faydalı olacaq:
“Eybi yox, hər gün dayanacaqdan ofisə və geriyə bir neçə kilometr piyada yol getmək heç kimə ziyan deyil”;
“Maşını aparmırlarsa, buna da şükür”;
“Görək, bu xeyirli iş nə qədər çəkəcək”;
“Cəmi 20 manat? İkinci sırada maşın saxlamağa görə on dəfə daha artıq cərimələmək lazımdı”;
“Əgər bu, şəhəri tıxaclardan qurtarmaq üçün lazımdırsa, o zaman cərimələr için yarısıdır. Dayanacaqlar yetəri qədər olmayınca və ictimai nəqliyyatlar inkişaf etməyincə, tıxac problemini həll etmək mümkün deyil”.