Beynəlxalq Uşaqların Müdafiəsi Günü ilə bağlı keçirilən uşaq festivalında güclü külək atraksionlardan birini kütlənin üzərinə aşırıb.
Bunu hadisənin şahidləri telefona çəkib və internetdə yayıb. Contact.az xəbər verir ki, qeyri-rəsmi məlumata görə, 20 nəfərə yaxın adam xəsarət alıb. Amma bu haqda heç bir rəsmi məlumat yoxdur. Media resursların böyük hissəsi insident haqda xəbər dərc etməyib.
Bu hadisə sosial şəbəkə istifadəçiləri tərəfindən qızğın müzakirə olunub. Çoxları təşkilatçıları məsuliyyətsizlikdə günahlandırıb və bir-birini uşalarını qorumağa, xəta-bəladan uzaq olmaq üçün kütləvi şənliklərdən kənar durmağa çağırıblar. Tipik şərh:
“Həmişə kütləvi toplantı yerlərindən uzaq olmuşam, məhz təsşkilatçılara etibar etmədiyim üçün”.
Açıq havada uşaq bayramı Heydər Əliyev Fondunun təşəbbüsü və bir neçə dövlət strukturunun dəstəyi ilə keçirilib. Bu bayramda yüzlərlə uşaq, o cümlədən də uşaq evləri və internatların yetirmələri iştirak edib.