Metropolitenin 55 illiyi və ikinci Qarabağ müharibəsində Zəfər Günü münasibətilə Bakı metrosunda retro-vaqonların sərgisi keçirilir. Vaqonların nümayişi “İçərişəhər” metrostansiyasının adətən hərəkət olmayan hissəsində təşkil olunub. JAMnews sərgidən fotoreportaj təqdim edir.
Bakı metrosu 1967-ci il noyabrın 6-da açılıb və ilkin olatraq cəmi beş stansiyadan ibarət olub.
Bakı metrosunda retro-vaqonlar sərgisi. Foto: JAMnews
Hərçənd Azərbaycan paytaxtında yeraltı nəqliyyat yolunun inşası hələ 1932-ci ildən planlaşdırılmışdı. Amma İkinci Dünya Müharibəsi planların dəyişməsinə səbəb olub.
Hazırda Bakı Metropoliteni 26 stansiyadan ibarətdir, dörd stansiya inşaat mərhələsindədir. Bakının üç xətdən ibarət metrosunda tunellərin uzunluğu 40 kilometrə qədərdir.