Bakıda "Qadına qarşı zorakılıq nədir?" kitabının təqdimatı keçirilib
“Qadın üçün” təşəbbüs qrupu yanvarın 29-da “Qadına qarşı zorakılıq nədir?” kitabının təqdimatını keçirib.
Təqdimatda kitabın müəllifləri – Zümrüd Yağmur, Könül Alıyeva, Afaq Hüseynova, Aygül Cəfərova və redaktor Vəfa Rüstəm kitab haqqında ətraflı məlumat veriblər.
- İnəklər, müharibə və inanc: Azərbaycan kəndindən Krişna Şüuru davamçısı fermerin hekayəsi
- Gizli laboratoriya: Azərbaycana qarşı yeni təzyiq forması? Bakıdan şərh
- Azərbaycanda koronavirus epidemiyasının beşinci dalğası başlayıb
Tədbirdə feminist fəallar da iştirak edib. Nərmin Şahmarzadənin sözlərinə görə, bu tipli kitabların çox olması feminist hərəkatı gücləndirən amillərdəndir.
“Qadın üçün” təşəbbüs qrupunun təsisçisi Zümrüd Yağmur təşəbbüs qrupunun necə yaranmasından və gördüyü işlərdən danışıb.