Bakıda müxalifətin mitinqi: iştirakçılar nə tələb edir?
Paylaşmaq
Paylaşmaq
Bakıda müxalifətin mitinqinə 3 minə qədər insan gəlib. Mitinqçilərin plakatlarında əks olunmuş şüarlara əsasən insanlar aşağıdakıları tələb edir:
Təhsil sisteminin islahatı.
Siyasi məhbusların azad edilməsi (plakatlarda çoxlarının adı vardı, o cümlədən ekstremizmə görə mühakimə olunmuş dindarların, az əvvəl həbs olunmuş bloger Mehman Hüseynovun, ReAL hərəkatının lideri İlqar Məmmədovun və başqa bir çoxlarının).
Sosial təminat və korrupsiya ilə bağlı problemlərin həll edilməsi.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin çıxışına gəlincə, o, hakimiyyətin ötürülməsi kimi həssas məsələ də daxil olmaqla, ölkənin bütün problemlərini sadalayıb: “Artıq uzun illərdir ki, ölkədə eyni ailə hakimiyyətdədir”, – Əli Kərimli deyib.
JAMnews-un müxbiri mitinq iştirakçıları ilə danışaraq onların hər birini etiraza sövq edən səbəbi aydınlaşdırmağa çalışıb.