Bakıda havanın keyfiyyətini ölçüblər – ya pisdir, ya da çox pis
Paylaşmaq
Paylaşmaq
Bakının müxtəlif rayonlarında hava ya pisdir, ya da çox pisdir. Bunu az əvvəl Xəzər Universitetinin tərkibində yaradılan havanın keyfiyyət laboratoriyasının apardığı tədqiqat göstərib.
Havanın Avropa keyfiyyət indeksi havada insan üçün zərərli maddələrin – yer ozonu, azot dioksidi, ağır çöküntü materialları və kükürd dioksidinin miqdarını ölçür. İndeksin göstəricisi çox yaxşıdan (1) çox pisə (5) qədər dəyişir.
Burada bu indeksin Avropa ölkələri üçün göstəriciləri təqdim edilib. Açıq yaşıl rənglə havanın çox yaxşı keyfiyyəti, bordo rəngi ilə isə çox pis keyfiyyəti göstərilib. Azərbaycan üzrə göstəricilər yoxdur.
Havanın keyfiyyət laboratoriyası Bakının 14 rayonundan nümunə götürüb. Təmiz hava Apşeron yarımadasının şimalında Buzovna və Mərdəkan qəsəbələrində qeydə alınıb. Bütün qalan yerlərdə, o cümlədən də şəhərin mərkəzi rayonlarında indeks göstəricisi 4 və 5 arasında var-gəl edir.
Laboratoriyada bunu Azərbaycanda avtomobillərin həddən artıq çox olması ilə izah edirlər – 10 milyon əhaliyə 1 milyon 200 min maşın. 1990-cı ildə bu rəqəm cəmi 22 min idi.