Bakıda harda ucuz nahar etmək olar
Azərbaycan mətbəxinin rəngarəngliyi sayəsində kulinariya turizmi Bakının əsas turistik özəlliyi ola bilərdi. Hələliksə bura bahalı şəhərdir və həm ucuz, həm dadlı yemək yeyə biləcəyin məkanlar çox azdır. Amma hara gedəcəyini öncədən bilsən, “qənaətli turizm” “ac turizm” olmayacaq.
Cibinizdə cəmi beş dollarla doyunca nahar edə biləcəyiniz beş məkanı sizə təqdim edirik. Adları çəkilən təamların hər birinin qiyməti dollar yarımdan, üç dollara qədərdir.
Shanson
İçəri şəhər metrosunun yaxınlığında, Səadət sarayı ilə üzbəüz yerləşir. Burda həm milli, həm Avropa mətbəxinə aid yeməklər təklif olunur, qiymətlər yetərincə liberaldır. Şəkildəki küküdür – göyərti ilə yumurta.
Əriştə
“Şekspir” pabının yanında, “Kukla Teatrı” avtobus dayanacağında yarızirzəmi məkanda yerləşən kafedir. Kafenin adı şəkildəki yeməyin adından götürülüb. Texniki olaraq bu, evdə ət suyunda hazırlanan içində qiymədən xırda kürələr olan xəmir xörəyidir.
Xəzər
Şəhərin mərkəzində, qədim şəhərin şlaqbaum olan girişinin – Qoşa Qala Qapısının yaxınlığındakı yarızirzəmi məkanda yerləşən kafedir. Şəkildəki küftə-bozbaşdır, bu, qoyun (və ya mal əti ilə qarışıq) qiyməsindən hazırlanan iri kürədən, kartofdan və noxuddan hazırlanan yeməkdir.
Anadolu
Ən geniş çeşidə sahib türk restoranlar şəbəkəsidir. Sadəcə naviqator vasitəsilə ən yaxında yerləşənini tapmaq lazımdır. Fotoda gördüyünüz ən ləzzətli Azərbaucan yeməklərindən biri – düşbərədir. Texniki olaraq bu, ədviyyatlı ət suyunda bişirilmiş xırda pelmenilərdir.
Firuzə
Fəvvarələr Meydanında yerləşən, ənənəvi olaraq turistlərin gətirildiyi restorandır. Bura ən ucuz məkanlardan sayılmaz, amma qiymət və keyfiyyət nisbətində qeyd-şərtsiz liderdir. Nəzəri olaraq burada istənilən məbləği xərcləmək mümkündür, amma menünün rəngarəngliyi sayəsində çoxlu qənaətli variantlar var. Məsələn, sac – kompaniya üçün nəzərdə tutulmuş tərəvəzli ət qızarmasından ibarət tava.