Bakıda feministlərin ənənəvi "8 Marş" yürüşü keçirilib - FOTOREPORTAJ
Feministlərin “8 Marş” yürüşü
Bu gün Bakıda feministlərin Beynəlxalq Qadınlar Gününə həsr olunmuş ənənəvi “8 Marş” yürüşü keçirilib.
Feministlər və onların tərəfdarları qadınlara qarşı zorakılığa son qoymağa çağıran şüarlar səsləndirərək Bakının mərkəzi küçələri ilə yürüş ediblər.
- Azərbaycanda kuir media
- “Məni 500 manata satdılar”. Azərbaycan məhbəsində transgenderlər
- Bakıda ənənəvi feminist marşı keçirilib. İlk dəfə polis müdaxiləsi olmadan

Paytaxt meriyası yürüşə iki gün qalmış “məqsədəuyğun hesab etmədiyi” səbəbilə aksiyanın keçirilməsinə icazə verməsə də, hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyanın gedişinə müdaxilə etməyib.

Polis canlı dəhliz yaradaraq iştirakçılara Xurşudbanu Natəvanın abidəsi önünə getməyə icazə veriblər, burada aksiya təşkilatçıları yürüşün bəyanatını oxuyublar.

