Bakıda etiraz aksiyası və Baş Prokurorluqdan gözlənilən qərar – VİDEO
Yeniyetmə fəal Sənay Yağmurun cinsi zorakılığa məruz qalmasında ittiham edilən Əsgər Ağazadənin həbs edilməsi tələbi ilə Bakıda təkadamlıq etiraz aksiyası keçirilib. Elə həmin gün Baş Prokurorluqdan çoxdan gözlənilən xəbər gəlib və Ə.Ağazadənin saxlanıldığı bildirilib.
Yazıçı Zümrüd Yağmurun qızının başına gələnlərlə bağlı mətbuat konfransında səsləndirdiyi fikirlər günlərdir ki, Azərbaycan cəmiyyətində və sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardandır.
Buna baxmayaraq, hüquq-mühafizə orqanlarının ittiham edilən şəxs – Əsgər Ağazadə barəsində heç bir tədbir görməyib.
- Bakıda Qənimətlər Parkından erməni əsgərlərin fiqurları və dəbilqələr götürülüb. FOTO
- “Mən öz biznesimi ailə üzvlərimə ötürmüşəm” – İlham Əliyev “Pandora Dosyesi” haqda
- Azərbaycanda ilk “ağıllı kənd”in inşasına başlanılıb
Oktyabrın 19-da səhər saatlarında feminist fəal Gülnara Mehdiyeva 16 yaşlı qızın zorlanmasında ittiham olunan Əsgər Ağazadənin həbs edilməsi tələbi ilə Prezident Administrasiyasının qarşısında təkadamlıq etiraz aksiyası keçirib. Aksiya polisin müdaxiləsi ilə dayandırılıb və G.Mehdiyeva saxlanılıb. O, bir müddət polis bölməsində qaldıqdan sonra sərbəst buraxılıb.
Elə həmin gün Sənay Yağmurun anası Zümrüd Yağmur ifadə vermək üçün Azərbaycan Baş Prokurorluğuna dəvət olunub. Daha sonra jurnalistlərlə görüşən Z.Yağmur bilridib ki, ona verilən məlumata görə, Əsgər Ağazadə saxlanılıb. Yazıçı onu da əlavə edib ki, ittiham olunan şəxs həbs edilməyənə qədər onlar sakitləşməyəcəklər.