Bakıda etiraz aksiyası: Siyasi məhbus olmuş müəllim iş tapa bilmir – VİDEO
Yardımlı rayon sakini, 13 il müəllimlik təcrübəsi olan fiziki tərbiyə müəllimi və bloqer Cəlil Zabidov Təhsil Nazirliyinin qarşısında təkadamlıq etiraz aksiyası keçirib. Keçmiş siyasi məhbus ixtisasına uyğun iş tapa bilməməsindən şikayətlənir və təhsil nazirinin qəbuluna düşmək istəyir. Lakin hələlik onun tələblərinə cavab verən yoxdur.
- Bakıda Təhsil Nazirliyinin qarşısında təkadamlıq etiraz aksiyası keçirilib – VİDEO
- İranın yük maşınları üçün gömrük rüsumu: Ermənistan və Azərbaycan sərhədində nə baş verir?
- İl yarımdan sonra Azərbaycanda teatrlar və kinoteatrlar fəaliyyətini bərpa edə bilər
Cəlil Zabidov 2020-ci ilin may ayında xuliqanlıqda və qəsdən sağlamlığa yüngül zərər vurmada ittiham olunaraq, 5 ay azadlıqdan məhrum edilib. Yaxınlarının bildirdiyinə görə, D18 hərəkatının üzvü olan C.Zabidovun həbsi onun siyasi fəaliyyəti ilə bağlıdır.
Həbs müddəti bitdikdən sonra onu iş yerində bərpa etməyiblər. Özünün dediyinə görə, heç bir məktəb Cəlil Zabidovu müəllim kimi işə qəbul etmir.
Dəfələrlə təhsil naziri Emin Əmrullayevin qəbuluna düşməyə çalışsa da, qəbul edilməyib.
16 sentyabr tarixində Bakıya gəlib, birbaşa Təhsil Nazirliyindən görüş tələb etsə də, Cəlil Zabidovu nazirliyin heç bir əməkdaşı qəbul etməyib və sualları cavabsız qalıb.