Bakıda dələduzların qurbanı olmadan necə real iş tapmaq olar
Elanı diqqətlə oxuyun
Əgər yüksək maaşla az iş təklif edən elanlara rast gəlsəniz bilin ki, bu ya ətir satışı yada dərman ticarəti ilə məşğul olan şirkətlərin dilerləridir. Bəlkə də, maliyyə piramidalarıdır. Əgər bu tip elanlara müracət etsəniz, sizdən ilkin ödəmə etməklə şirkətin səhmdarı olmağınız istəniləcək. İşləyib ilkin kapitalın pulunu çıxarmaq isə hər adama nəsib olmur. Düşünün ki, ödəmiş olduğunuz pullar havaya sovruldu.
Savadsız yazılmış heç bir kağıza imza atmayın
Hər bir işədüzəltmə firması sizinlə müqavilə imzalayacaq. Müqavilədə şirkətin “VÖEN nömrəsinin qeyd olunub- olunmadığına diqqət edin. Bundan əlavə müqavilədə şirkətin sizə hansı müddətə iş tapacağı qeyd olunmalıdir. Bu bir il, 3 ay və s. ola bilər. Ümümiyyətlə nə qədər konkret informasiya olsa, bir o qədər yaxşıdır. Abstrakt yazılmış və qeyri müəyyən şərtləri olan heç bir müqaviləyə imza atmayın.
Axtarış aparın
Şirkətin adını axtarış sisteminə daxil etməklə onun haqqında məlumat toplamağa çalışın. Bəzən, asanlıqla başa düşmək olur ki, qarşınızda asan yolla pul qazanmaq istəyən dələduzlardır. Dələduzların dəfələrlə istifadə etdiyi metod: qısa müddətdə şirkət yaratmaq, insanlardan pul yığmaq və heç bir xidmət göstərməmiş “yoxa çıxmaq. Yaxşı imici, yada müsbət resenziyaları olan şirkətlərlə əməkdaşlıq etməyə çalışın. Daha yaxşı olar ki, bu müsbət rəylər sizin şəxsən tanıdığınız insanlar tərəfindən sizə bildirilsin.
Əvvəlcədən heç bir ödəniş etməyin
Sizdən mütləq anket yazılması, vakansiya, qeydiyyat və s üçün ödəniş tələb edəcəklər. Tələsməyin. Yaxşı olardı ki, ancaq sizi konkret işlə təmin etdikdən sonra ödəniş edəsiniz. Əgər, yenə də əvvəlcədən ödəniş etməli olsanız, mütləq, çeki özünüzdə saxlayın.