Bu o deməkdir ki, qiymət 31 faiz, yəni üçdə bir qədər azalıb.
Müqayisə üçün eyni marşrutla avtobus biletinin qiyməti 20 manat təşkil edir.
Bakı-Tbilisi qatarı hər iki sərhəddə yoxlamaya sərf olunan 2 saat da daxil olmaqla 14 saat yol gedir.
Adi günlərdə qatar altı vaqondan ibarət olur, bir SV, üç kupe və iki plaskart.
Amma bayram günlərində (Novruz, Qurban Bayramı, Yeni il) Gürcüstanda dincəlmək istəyən sərnişinlərin çoxluğunu nəzərə alaraq Azərbaycan Dəmiryolları İdarəsi qatara bir neçə vaqon əlavə edir. Məsələn, bu il Novruz ərəfəsində qatara beş vaqon əlavə edilib, amma yenə də vaqonlarda boş yer olmayıb.