Bakı əyalətdən gələnlər üçün deyil
Artıq başqa rayonlardan Bakıya övladlarını görməyə gələn valideyinlər, öz maşınlarını şəhərdən kənarda tikilən xüsusi dayanacaqlarda saxlamalı və şəhərə ictimai nəqliyyatla gəlməlidir. Dayanacaqlar pulsuzdur, lakin sosial şəbəkələrdə aparılan müzakirələrdə nədənsə bu dayanacaqların gəlirlərindən və ziyalarından danışılır.
Bəziləri avtomobilin dayanacaqlarda saxlanılması və şəxsi maşından düşüb aftobusa minmək zamanı yaranacaq vaxt itkisini, bəziləri isə yanacağa sərf olunan pulu nəzərə alaraq bildirir ki, ən Bakıya şəhərlərarası avtobuslarda gəlmək daha ucuz başa gəlir.
Bu qanunun vətəndaşın sərbəst hərəkət hüququnu məhdudlaşdırdığını düşünənlər də var. Hələlik, Bakı sakinləri bu şəməsələyə skeptik yanaşır, çünki hələ şəhərdə nəqliyyatın sıxlığının azaldığı müşahidə olunmur.
Məsələn, yol hərəkəti məsələləri üzrə ekspert, hüquqşunas Ərşad Hüseynov bildirir ki, dünyanın digər paytaxt şəhərləri ilə müqayisədə Bakıda elə də çox sayda maşın yoxdur. Deməli, problem maşınların sayının çox olmasında deyil, düzgün infrastruktur və yol mədəniyyətinin olmamasıdır.