“Bağışlayın, Ərdoğan Krımı tanımayıb”. Rusiya Türkiyə ilə hava əlaqəsini niyə kəsib?
Rusiya aprelin 15-dən iyunun 1-ə qədər Türkiyə ilə hava əlaqəsini kəsib. Rəsmi səbəb hər iki ölkədə yaranmış epidemioloji vəziyyətlə bağlıdır. Amma əsl səbəbin siyasi olduğuna çox az adamın şübhəsi var. Yarım milyona qədər Rusiya vətəndaşı Türkiyəyə səfər bron edib.
“Hava əlaqələrimizin açıldığı ölkələr haqda danışsaq, yoluxma ilə bağlı ən yüksək rəqəmlər Türkiyə Respublikasında qeydə alınıb. Xatırladıram ki, əgər Rusiya Federasiyasında bu 100 minlik əhaliyə 45 haldırsa, Türkiyə Respublikasında bu göstərici 100 minlik əhaliyə 455 nəfər təşkil edir”, – Rusiyanın “Novaya qazeta” nəşri “Rospotrebnadzor”un (istehlakçıların hüquqlarının müdafiəsinə cavabdeh olan qurum) rəhbəri Anna Popovadan sitat gətirib.
- Türkiyədə qadınları məişət zorakılığından qoruyan konvensiya ləğv edilib. Niyə və bu nə deməkdir?
- Cənubi Qafqazda kim rəqabət aparır: Ermənistan və Azərbaycan, yoxsa Putin və Ərdoğan? Şərh
- Ərdoğan: Türkiyə Krımın qanunsuz ilhaqını dəstəkləmir
Türkiyəni niyə bağladılar?
Popova həmçinin əlavə edib ki, hava əlaqəsi bərpa açılandan xaricə gedib-gələn üç milyon nəfər Rusiya vətəndaşından 25 min vəfər yoluxmuş olub və yoluxanların 80 faizi Türkiyədən gələnlərdir.
Popova onu da bilririb ki, 2020 və 2021-ci illər ərzində bu ölkədən 12 halda malyariya gətirilib, amma hava əlaqəsinin niyə məhz indi dayandırıldığını Popova izah etməyib.
Martın sonunda Türkiyənin Mədəniyyət nazirliyi elan edib ki, ilin əvvəlindən ölkəyə milyondan çox turist gəlib, turist axınına görə birinci yeri Rusiya tutur – 176 min nəfər.
Rusiyanın Turizm Operatorları Assosiasiyasının məlumatına görə, aprelin 15-dən mayın 31-ə qədər Türkiyəyə turistlərin ümumi sayı, orada bron edilmiş turların sayı 553200 təşkil edib. Onlardan 40 faizi uşaqlı ailələrdir. Bron edilmiş turların ümumi dəyəri isə 32 milyard rubl [420 milyon dollara yaxın] təşkil edib.
Türkiyəyə avia-reyslərin dayandırılmasından iki gün əvvəl Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə İstanbulda danışıqlar zamanı Ankaranın Krımı Rusyanın tərkib hissəsi kimi tanımamaq qərarını təsdiqləyib:
“Biz Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz Krımın ilhaqını tanımamaq haqda prinsipial qərarımızı təsdiqlədik”.
Türkiyəyə mütəmadi və çarter reyslərinin məhdudlaşdırılması qərarında heç bir siyasi motiv yoxdur – Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistləri əmin edib:
“Vəziyyət sırf epidemioloji xarakter daşıyır, bu, Türkiyədə yoluxma hallarının kəskin artması ilə bağlıdır”.
Amma Federasiya Şurasının vitse-spikeri Konstantin Kosayev Facebook akkauntunda status yazıb və Türkiyədə məzuniyyətlərin ləğv edilməsini “rusiyalıların vətənpərvərlik sınağı” adlandırıb. Kosayevin fikrincə, “prezident Ərdoğanın Krımla bağlı bəyanatından sonra bu ölkədə istirahət Rusiya vətəndaşları üçün mənəvi cəhətdən yolverilməz olmalıdır”.
Məsələ Krımla bağlıdır?
Koronavirusla əlaqədar olan hər şey həmişə gözlənilməzdir. Məhz bu cür qərarın öncədən proqnozlaşdırılması çətin idi – Rusiya Turizm Operatorları Assosiasiyasının vitse-prezidenti Vladimir Kontaroviç deyib.
“Uçuşların qadağan olunmasının əhatə etdiyi insanların sayı yarım milyona yaxındır. Sərf etdikləri pulu onara qaytarmaq çox çətindir, seyfdə hazır saxlamırıq axı, bu pulların böyük hissəsi avia-şirkətlərə, mehmanxanalara ödənib. Turoperatorun bu pulları qaytara bilməsi üçün avia-şirkətlərin və mehmanxaların turoperatorlara qaytarması lazımdır. Bu baş verəcəkmi, baş versə, nə dərəcədə tez olacaq, bizə qətiyyən aydın deyil. Amma mən əminəm ki, avia-şirkətlər və otellər turları hava əlaqəsi açılacaq vaxta keçirə bilərlər”.
“Novaya qazeta” planlaşdırılmış istirahətlərinin Rusiya hakimiyyətinin qərarı ilə pozulduğu turistlərin şərhlərini təqdim edib.
“Ümumiyyətlə bu artıq isterik gülüş doğurur. Mən uzun müddət bu səfər üçün pul yığmışdım, məktəb müəlliminin cüzi maaşından kənara qoyurdum ki, mənə desinlər: “Bağışlayın, Ərdoğan Krımı Rusiyanınkı kimi tanımayıb, buna görə Türkiyə sizin üçün bağlıdır”. Mənə hələ deməyiblər ki, mənim biletim necə olacaq, pulumu qaytaracaqlar, yoxsa nə iləsə dəyişəcəklər. Hakimiyyətimizin yönləndirməsi ilə pulumu Rusiya kurortlarına mən dəqiq qoymayacam”, – rus dili müəlliməsi Alina deyir.