Dərbənddə ilişib qalan Azərbaycan vətəndaşları çadır şəhərciyində yerləşdiriləcək
700 nəfərə yaxın Azərbaycan vətəndaşı vətənə qayıda bilmir və Dağıstanın (Rusiya Federasiyası) Dərbənd şəhərində və Dərbənd rayonunda Rusiya-Azərbaycan sərhədinin açılacağı günü gözləyirlər. Bu insanların müvəqqəti yerləşdirilməsi üçün yerli Fövqəladə Hallar Nazirliyi çadır şəhərciyi salmaq qərarına gəlib – “Kavkazskiy uzel” xəbər verir.
- Moskvada koronavirusdan müalicə olunmaq üçün pul və əlaqə lazımdır. Şəxsi hekayə
- Dünya karantindən çıxır: kim və necə? Robotlar insanlsrın temperaturunu ölçür və parklara nəzarət edir. Foto/Video
- “Səhərə qədər rəqs edəcəm və döymə döydürəcəm”, – bakılılar karantindən sonrakı planları ilə bölüşürlər
COVID-19 koronavirusu Rusiyaya gəlib çıxandan sonra Azərbaycan vətəndaşları ölkənin müxtəlif hissələrindən Dərbəndə gəliblər ki, vətənə qayıtsınlar. Amma sərhəd qapalı olub. Daha doğrusu, sərhəd beş gündən sonra, 18-22 aprel arasında insanların bir hissəsi Azərbaycana buraxılandan sonra bağlanıb.
“İnsanlar hələ də gəlirlər, ümid edirlər ki, bəlkə evə qayıda bilərlər, amma onlar artıq bura çatandan sonra əmin olurlar ki, sərhəd belə tezliklə açılmayacaq. Əvvəlki yaşayış yerlərinə qayıtmaq imkanı olanlar qayıdırlar. Belə bir imkanı olmayanlar isə rayonda qalırlar”, – Dərbənd rayonu başçısının səlahiyyətlərini müvəqqəti həyata keçirən Fuad Şixiyev deyib.
Bu insanlara qayğını Dağıstan hakimiyyəti öz üzərinə götürməli olub. Onlardan bir hissəsi mühmanxana və sanatoriya binalarında yerləşdiriliblər, daha 210 nəfər isə yaxın iki gün ərzində salınacaq çadır şəhərciyində məskunlaşacaq. Bu, həm də Azərbaycan vətəndaşlarını lokallaşdırmağa və infeksiya yayılmasının qarşısını almağa imkan verəcək. Hazırda Dağıstanda yoluxma səviyyəsi onsuz da yüksəkdir.
Azərbaycanın bütün quru sərhədləri mayın 31-ə qədər bağlıdır. Məlum deyil ki, bu müddət başa çatmamışdan əvvəl Dağıstanda ilişib qalan insanları vətənə buraxmaq üçün dəhliz açılacaq, ya yox. Onlar özləri bildirirlər ki, yerli hakimiyyət və sakinlər onlara çox yardım edir, onlar bütün mühüm şeylərlə təmin olunublar, amma evə nə vaxt qayıda biləcəklərini bilmədikləri üçün narahatdırlar.
