Azərbaycanlı müxalifətçi qeyri-müəyyən ittihamla 25 sutka həbs cəzası alıb
Müxalif Demokratiya və Rifah Hərəkatının idarə heyətinin üzvü Hüseyn Məlik 25 sutka inzibati həbs cəzası alıb. Onun nədə ittiham olunduğu bəlli deyil. Hərəkat rəhbərliyi Məlikin həbsini onun sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsi ilə əlaqələndirir.
Demokratiya və Rifaq Hərəkatı 2014-cü ildə Müsavat Partiyasını tərk edən fəallar tərəfindən yaradılıb. Hüseyn Məlik bu hərəkatın ən fəal iştirakçılarından biridir.
• Azərbaycanda siyasi məhbus siyahısı haqda
• Azərbaycanlı vicdan məhbuslarının anaları oğullarının həbsi haqda danışır
Saxlanmanın təfərrüatları
DRH sədrinin müavini Ellada Məmmədlinin sözlərinə görə, dekabrın 5-ə keçən gecə Hüseyn Məlikin mənzilinə mülki geyimli şəxslər gəlib, onun qollarını qandallayıb, aparıblar. Dekabrın 6-da günün ikinci yarısındayoldaşları onun haqqında çıxarılan hökm barədəxəbər tutublar. Onlar bunu adam oğurluğu kimi dəyərləndirirlər: “Biz əminik ki, Hüseyn Məlik Facebook səhifəsindəki tənqidi statuslarına görə həbs edilib. Təsadüfi deyil ki, saxlanılandan sonra onun paylaşımları silinib. Ola bilər ki, ona təzyiq göstərilib”, – “Kavkazskiy uzel” saytına DRH lideri Qubad İbadoğlu bildirib.
Nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətində, nə də Səbail rayon məhkəməsində bu həbsi heç cür şərh etməyiblər.
Bu, son bir ay ərzində Azərbaycanda baş verən ilk belə hadisə deyil. Noyabrın ortasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli inzibati cərimə ödəməyə məhkum edilib. Noyabrın sonunda isə jurnalist Əfqan Sadıqov haqqında 30 sutkalıq inzibati bəbs qərarı çıxarılıb.