Jurnalistə 30 sutka veriblər, mitinq edənlərsə yenə heç nəyə nail olmayıblar " />

Bakıda şəhid ailələrinin etiraz aksiyaları davam edir, mitinqdə jurnalist həbs olunub

Jurnalistə 30 sutka veriblər, mitinq edənlərsə yenə heç nəyə nail olmayıblar

Etiraz edənlər nə istəyirlər?

Qarabağda həlak olan hərbi qulluqçuların doğmaları noyabrın 16-da Bakıda etiraz aksiyasına başlayıblar. Onlar pul kompensasiyası – 11 min manat (6470 dollara yaxın) tələb edirlər. Prezident İlham Əliyev həlak olanların ailələrinə bu məbləğin ödənməsi üçün sərəncam verib. Məmurlar deyirlər ki, ailələrin çoxu bu müavinəti 90-cı illərdə alıb və indi onlara həmin kompensasiya düşmür.

Şəhid ailələrinə veriləcək kompensasiya ətrafında yaranmış münaqişə barədə daha ətraflı 

Mitinq edənlər, onlarla insan noyabrın 16-dan 28-dək 7 dəfə yığışıb. Onlar müxtəlif dövlət idarələrinin – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Milli Məclisin, Prezident Administrasiyasının qarşısında toplaşıblar.

Mitinq edənlərdən birinin sözlərinə görə, Prezident Administrasiyası bir həftə əvvəl onlara fərdi qaydada kömək ediləcəyinə söz verib. Lakin sayca yeddinci olan və bu dəfə Prezident Administrasiyası binasının önündə keçirilən mitinqdə adamların qarşısına heç kim çıxmayıb.

Əfqan Sadıqovun həbsi haqda

Elə həmin mitinqdə jurnalist Əfqan Sadıqovu həbs ediblər. Mitinqdə olan və orda baş verənləri videoya çəkən Sadıqovun həyat yoldaşının dediyinə görə, mülki geyimli şəxslər ərinə yaxınlaşıb, maşına otuzdurublar və aparıblar.

Azərbaycanda jurnalist olmaq asandırmı?

Azərbaycanlı jurnalistlər üçün pulsuz mənzillər 

Qadın ərinin həmkarları ilə birgə gün boyu onu axtarıb və axtarışlara qoşulan vəkil Cavad Cavadov yalnız axşam müəyyənləşdirib ki, Əfqan polisə tabe olmadığı üçün 30 sutka inzibati həbs cəzası alıb.

Əfqan Sadıqovu əvvəllər də həbs ediblər. 2017-ci ilin yanvarında ona məmurun qəbul otağında qadına hücum çəkməsi ittihamı ilə il yarım həbs cəzası kəsiblər. Sadıqov bu ilin mayında azadlığa buraxılıb, iyulda isə küçədə “ünvansız ana söyüşü söydüyü” üçün 30 sutka alıb. Sadıqov özü hesab edir ki, məsələnin məğzi onun Facebook-da və yaratdığı azel.tv saytında hökuməti tənqid etməsidir. Sayt “informasiya portalı” kimi fəaliyyət göstərir və hökuməti tənqid edir.


More on JAMnews