Azərbaycanlı deputatın Böyük Britaniyadakı milyonlarla avroluq bank hesablarına həbs qoyula bilər
Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə üzrə Dövlət Agentliyi Cavanşir Feyziyevin həyat yoldaşı, oğlu və yaxın qohumunun bank hesablarındakı 15 milyon funt sterlinqə [20,5 milyon dollar] həbs qoymaq niyyətindədir. Agentliyin fikrincə, Azərbaycan parlamentinin deputatı bu vəsaitləri 2017-ci ildə OCCRP tərəfindən ifşa olunan pul köçürmələri vasitəsilə leqallaşdırıb.
- “Pandora Papers”: oğurluq edən və qanunu pozan varlılar və məşhurlar haqda. Xülasə
- “Pegasus” proqramı – Azərbaycanda müstəqil jurnalistlərə və fəallara qarşı gizli silah
Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Mərkəzinin (OCCRP) materialına əsasən, Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə üzrə Dövlət Agentliyi (NCA) nə Feyziyevin özünə, nə də ailə üzvlərinə qarşı ittiham irəli sürmür.
Mülki araşdırma zamanı 2021-ci il noyabrın 1-də NCA hüquqşünası pulların Azərbaycandan nizamlanan çirkli pulların yuyulması sistemi vasitəsilə axdığı haqda gentliyin arqumentlərini təsdiqləyən ətraflı analiz təqdim edib.
NCA-nın fikrincə, bu pulların mənbəyi “qnunsuzdur”, çünki pulların mənşəyini gizlətmək üçün saxta sənədlərdən istifadə etməklə bir neçə saxta şirkət vasitəsilə Azərbaycandan çıxarılıb.
“Korrupsiya, oğurluq, dələduzluq və çirkli pulların yuyulması mümkün izah ola bilər”, – Britaniya agentliyindən bildirilir.
Qey olunmuş pulların yarısından çoxu deputatın həyat yoldaşı Pərvanə Feyziyevanın, bir qədər az hissəsi oğlu Orxan Cavanşirin hesabına köçürülüb.
Onlar bu pulların bir hissəsini Birləşmiş Krallığa investisiya vizaları proqramına yatırılıb ki, ölkədə yaşamaq hüquqları təmin olunsun – materialda deyilir.
Məbləğin daha az hissəsi, bir milyon funtdan bir qədər artığı Feyziyevin yaxın qohumu Elman Cavanşirə məxsusdur.
Amma iş Feyziyevin öz ətrafında səfərbər edilib. NCA-nın bildirdiyinə görə, “müsadirə edilməli olan vəsaitlər əsaəsn onun nəzarəti altında olan bank hesablarından daxil olub”.
Kütləvi İnformasiya Vasitələrinə göndərilmiş bəyanatda Feyziyevlər ailəsinin nümayəndəsi bildirib ki, onlar “ittihamları qəti şəkildə rədd edirlər” və bunu “yanlış” hesab edirlər. Agentlik “qeyd olunan vəsaitlərin cinayətlə bağlı olan hər hansı mənbədən daxil olduğuna dair heç bir tutarlı sübut” təqdim etməyib – ailənin nümayəndəsi deyib və əlavə edib ki, “ailə Britaniyanın ədalət sisteminə tam güvənir və səbrsizliklə NCA-nın bəyanatının ifşasını gözləyir”.
Qeyd olunur ki, NCA OCCRP-nin Feyziyev haqda əvvəlki məlumatlarına əsaslanır. 2017-ci ildə aparılan araşdırma Feyziyevin əsasını qoyduğu Azərbaycanın böyük farmakoloji şirkəti ilə eyni adı daşıyan iki şirkətin “Azərbaycan çamaşırxanası”ndan 138 milyon dollar aldığını göstərib.
Cavanşir Feyziyev kimdir?
58 yaşlı Cavanşir Feyziyev üç dəfə ardıcıl (2010, 2015 və 2020-ci ildə) Milli Məclisin deputatı seçilib. Parlamentin Beynəlxaqlq Əlaqələr və Parlamentlərarası əlaqələr Komitəsinin üzvüdür.
Fəlsəfə doktoru, Mətbut Şurasının idarə heyətinin və Azərbaycanın Yazıçılar Birliyinin üzvüdür.
Azərbaycan qanunlarına görə deputatlara bizneslə məşğul olmaq qadağan olsa da, Feyziyev ölkədə “Avromed” farmakoloji şirkətinin faktiki sahibi kimi tanınır. Hərçənd şirkətin özündə bu fakt inkar edilirdi. Amma daha sonra deputat özü etiraf edib ki, 2010-cu ilə qədər şirkətin direktoru olub, amma 2016-cl ildə şirkətdəki səhmlərini satıb.
Bir müddət əvvəl, 2019-cu ildə Cavanşir Feyziyevin adı Bakının mərkəzində fövqəladə baha daşınmaz əmlak alınması haqda qalmaqallı məsələdə hallanmışdı.