Azərbaycanın orta və ali məktəblərində din tədris ediləcək
Paylaşmaq
Paylaşmaq
Fotoda: çadrasını ataraq azad olan azərbaycanlı qadının heykəlidir (Bakı)
2020-ci ilin sentyabrından etibarən Azərbaycanın ali məktəblərində islam və digər dinlərlə bağlı məcburi dərs tədris ediləcək, əvvəllər heç vaxt belə bir şey olmayıb. Üstəlik çox güman ki, islam aşağı siniflərdən başlayaraq bütün orta məktəblərdə də tədris proqramına salınacaq. Bu haqda ONA informasiya agentliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya istinadən xəbər verib.
Qurbanlı bildirib ki, ali məktəblər üçün yeni fənn üzrə dərsliklər artıq hazırdır. Kursu bitirəndən sonra tələbələr imtahan verəcəklər.
İslamın məktəblərdə tədrisinə gəlincə, hazırda bu məsələ dinşünas alimlər tərəfindən müzakirə olunur. Onlar məktəblilərin anlaya bilməyəcəyi məqamları nəzərə almağa çalışırlar.
Azərbaycan dünyəvi ölkədir, burada təhsil dindən ayrıdır. Üstəlik təhsil müəssisələri daxilində istənilən dini ayinin həyata keçirilməsini qadağan edən qanun mövcuddur. Dini öyrənmək üçün indiyə qədər ayrıca universitet vardı ki, orada da teoloqlar yetişdirilir.