Azərbaycanda korrupsiya qalmaqalından sonra mədəniyyət naziri vəzifəsindən azad edilib
Azərbaycanın mədəniyyət naziri Əbülfəz Qarayev vəzifədən azad edilib. Rəsmi səbəb açıqlanmayıb. Amma bundan az əvvəl Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib və pul maxinasiyalarını üzə çıxarıb. Nazir müavini vəzifə səlahiyyətlərindən sui-istifadə, talan və vəzifə saxtakarlığı ittihamları ilə həbs olunub. İctimaiyyət Qarayevin istefasını məhz bu korrupsiya qalmaqalı ilə əlaqələndirir. Ötən yarım il ərzində Azərbaycanda yüksək vəzifəli məmurlar arasında “təmizlik” geniş yayılıb. Amma indiyə qədər bu hallar qurum rəhbərlərinə toxunmamışdı.
63 yaşlı Əbülfəz Qarayev ölkənin hələ sovet zamanından formalaşmış rusdilli elitasına daxildir. O, mədəniyyət naziri vəzifəsində 14 ildən çox qalıb. Əhali arasında Qarayev nə xüsusi populyarlığa, nə də xüsusi nifrətə (bəzi digər nazirlərdən fərqli olaraq) sahibdir. O, çox vaxt passivlikdə və Bakının köhnə binalarının sökülməsində günahlandırılırdı. Elə Qarayevin həbs olunan müavini də rəsmən memarlıq abidələrinin sökülməsinə şərait yaratmaqda ittiham olunur.
- Art-əyalət: Azərbaycanın regionlarında gənclər mədəniyyəti necə inkişaf etdirir?
- Gürcüstan turizmi yenidən inkişaf etdirməyə başlayır?
- Türkiyədə LGBT: nazir hüquqşünaslara qarşı
İndi Mədəniyyət Nazirliyinə kimin rəhbərlik edəcəyi hələlik məlum deyil. Sosial şəbəkə istifadəçiləri isə bu mövzuda zarafatlaşır və müxtəlif versiyalar irəli sürürlər. Ən populyar “zarafatyana namizəd” isə hazırkı iqtisadiyyat naziri Mikayıl Cabbarovdur. Xalq arasında o, əsasən yeddi il ərzində üç nazirliyə (təhsil, vergilər, indi isə iqtisadiyyat) rəhbərlik etməsi ilə “məşhurdur”.
Ümumilikdə isə hamı Əbülfəz Qarayevin yerinə xarici ölkədə təhsil görmüş, ölkənin birinci xanımı və vitse-prezidenti Mehriban Əliyevanın yaxın çevrəsindən olan hansısa gənc “islahatçılardan” birinin təyin ediləcəyi fikrində uzlaşır.