Naxçıvan Muxtar Respublikasında anadan olub, Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib.
1995-ci ildə deputat seçilib;
1998-ci ildə prezidentin iqtisadi məsələlər üzrə müşaviri;
2012-ci ildə prezident administrasiyası rəhbərinin müavini təyin edilib.
Əli Əsədovun baş nazir vəzifəsinə namizədliyini prezident İlham Əliyev irəli sürüb və parlament yekdilliklə dəstəkləyib.
Beləliklə Əli Əsədov müstəqil Azərbaycanın on ikinci baş naziri olub.
Bu nə deməkdir?
Azərbaycan prezident respublikasıdır. Yəni baş nazir o qədər də mühüm fiqur deyil. Buna görə də yeni təyinat cəmiyyətdə xüsusi ajiotaj və ya gözlənti doğurmayıb.
Deputat Vahid Əhmədov ümid edir ki, bu təyinat Azərbaycanın iqtisadi inkişafına təkan verəcək və o, yeni baş nazirdən qeyri-neft sektoruna diqqət yetirməsini xahiş edib.
İqtisadçı, ReAl müxalif partiyasının funksioneri Natiq Cəfərli yeni baş nazir təyinatı ətrafındakı vəziyyəti qeyri-sağlam hesab edir:
“İstənilən ölkədə Baş Nazir kimi vacib post tutan şəxs dəyişəndə dövlətin “toxumaları”, sinir sistemi buna reaksiya verir… Bizdə elə bir anlaşılmaz, izah edilməz sistem formalaşıb ki, Baş Nazir, və ya ciddi nüfuza, səlahiyyətlərə malik nazirlər dəyişdirilir, amma ölkənin sinir sistemində bir tık yox, rəsmi izah yox, diskussiya yox, yeni gələnin planı-proqramı yox, gedənin səhvlərinin analizi yox”.
Keçmiş vicdan məhbusu Seymur Həzi isə Əsədovla bağlı şübhəli hadisələri xatırlayıb:
“Neçə il öncə İsraildə müalicə alarkən, iki günlük yoxa çıxdığını həmin ölkənin solçu mediası yazmışdı. HDQ-nin “Koroğlu” gəmisini özünə restoran etmişdi. Bir sözlə aydın bir QARANLIQ keçmişi var”.