Azərbaycan məhkəmələri hüquq müdafiəçilərinin “siyasi məhbus” kimi tanıdığı şəxslərin vəsatətlərini rədd edib
Azərbaycanda siyasi həbslər
Ötən ilin noyabrından 2024-cü il martın 7-dək Azərbaycanda kütləvi şəkildə həbs edilən jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri hələ də həbsdədirlər. Məhkəmələr onların ilkin həbs müddətini dəfələrlə uzadıb. Hər dəfə həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatətlər rədd edilir. Hətta bəzilərinin səhhətinin ağır olması da nəzərə alınmır.
- Azərbaycanda yeni tendensiya – qadın jurnalistlər də həbs olunur
- Ələsgər Məmmədlinin saxlanılmasını əks etdirən görüntüləri yayan həkim işini itirib
- “Məni tualetə getməyə qoymurdular, başıma və boynuma vururdular”. Azərbaycanlı keçmiş siyasi məhbuslar başlarına gələnlər haqda
Aprelin 3-də Bakı Apellyasiya Məhkəməsi “Toplum TV”nin hüquqi təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılmasından imtinaya dair şikayəti təmin etməyib. Vəkil Aqil Layıc bildirib ki, prosesdə Məmmədli özü də iştirak edib.
“O dedi ki, ev dustaqlığı azadlıq üçün yox, həyat üçün vacibdir. Qalxanabənzər şişin böyüdüyünü hiss edir və boğulma yaradır”, – vəkil deyib.
Onun sözlərinə görə, Məmmədlinin təcili müayinə və müalicəyə ehtiyacı var, lakin hələ də biopsiya üçün nümunələr götürülməyib. “Heç olmasa Ədliyyə Nazirliyinin tibb müəssisəsinə köçürülməsilə bağlı müraciətlərimiz cavabsız qalır”, – Layıc deyib.
Öz növbəsində Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli qardaşının vəziyyətindən narahatlığını bildirib. “Onda vaxtaşırı boğulma tutmaları olur. Müalicənin gecikməsi şişlərin böyüməsinə, metastazlara və həyati təhlükəyə səbəb ola bilər”, – o deyib.
Bu il martın 6-8-də “Toplum TV” və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlara qarşı xarici valyuta qaçaqmalçılığı ittihamı irəli sürülüb. Yeddi nəfər 4 ay müddətinə ilkin həbs cəzasına məhkum edilib, iki nəfər polis nəzarətinə verilib.
Elə həmin gün Yasamal Rayon Məhkəməsi fəal İlhamiz Əliyevin həbs müddətini 20 gün uzadıb. Bu haqda onun vəkili Rövşanə Rəhimova bildirib.
Onun sözlərinə görə, Quliyevlə bağlı ilkin istintaq başa çatıb və işin məhkəməyə göndərilməsi gözlənilir. Vəkil həbs müddətinin uzadılması üçün prosessual əsasların olmadığını deyib.
“Məhkəmə öz qərarını əsaslandırmadı. Biz qərarı əsassız hesab edirik. Apellyasiya şikayəti veriləcək”, – vəkil qeyd edib.
Quliyev 4 dekabr 2023-cü ildə saxlanılıb və iki gün sonra külli miqdarda narkotik maddə alverilə bağlı 4 ay müddətinə həbs edilib.
Hüquq müdafiəçilərinin fikrincə, Quliyevin həbsinin əsl səbəbi “Abzas Media”ya verdiyi müsahibə olub. O, müsahibədə bildirib ki, polis cinayət işlərini saxtalaşdırmaq üçün sənədləşdirilmmiş narkotik maddələrdən istifadə edir. Quliyev müsahibədə keçmiş polis əməkdaşı kimi təqdim edilib. Əvvəllər polis müstəntiqinin qeyri-rəsmi köməkçisi olub.
Hüquq müdafiəçiləri İlhamiz Quliyevi siyasi məhbus kimi tanıyıblar.
Aprelin 2-də Bakının Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyilə jurnalist Hafiz Babalanın ev dustaqlığına buraxılması barədə vəsatətə baxılıb. Onun vəkili Rəsul Cəfərov vəsatəti onunla əsaslandırıb ki, Babalanın həbsdə saxlanılması üçün maddi və prosessual əsaslar yoxdur.
“İstintaq Babalanın həbsdə saxlanılmasını “gizlənə” və “istintaqın gedişatına təsir göstərə” biləcəyi kimi subyektiv fərziyyələrlə əsaslandırır. Lakin hələ cinayət işindən əvvəl Babalanın ölkədən çıxışına qadağa qoyulmuşdu. Digər tərəfdən, Babalanın daimi yaşayış yeri var və ev dustaqlığına Probasiya Xidmətinin məmurları tərəfindən nəzarət olunur”, – deyə vəkil bildirib.
Babalı hakim Hacıyevaya etiraz edib. Jurnalist bildirib ki, hakim ona qarşı qərəzli yanaşır, çünki əvvəllər də onu həbs etmək barədə qərar verib və əvvəlki vəsatətləri rədd edib. Lakin hakim etiraz üçün “kifayət qədər əsas” görməyib və onu baxılmamış saxlayıb.
Vəkil Cəfərov qeyd edib ki, hakim ev dustaqlığına buraxılması barədə vəsatəti də təmin etməyib və bununla bağlı apellyasiya şikayəti veriləcək.
* Turan agentliyinin iqtisadi xəbərlər şöbəsinin redaktoru Hafiz Babalı dekabrın 13-də saxlanılıb. Ona qarşı “xarici valyuta qaçaqmalçılığı” ittihamı irəli sürülüb. Məhkəmənin qərarı ilə üç ay müddətinə ilkin həbs cəzasına məhkum edilib. Babalı “Abzas Media işi” üzrə cəlb edilib. Hüquq müdafiəçiləri Hafiz Babalını siyasi məhbus kimi tanıyıblar.
Hafiz Babalı “Abzas Media” işi üzrə həbs edilən 6 nəfərdən biridir. Onların hamısına qarşı “əlbir olaraq xarici valyuta qaçaqmalçılığı” ilə bağlı ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə araşdırmaçı jurnalist barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.