Azərbaycanda müsəlmanlar Qurban bayramını qeyd edir
Paylaşmaq
Paylaşmaq
Azərbaycanda müsəlmanlar bütün İslam dünyası ilə birlikdə sentyabrın 1-dən etibarən İslamın ən vacib bayramını – Qurban bayramını qeyd edir (Eid al-Adha)
Qurban bayramı müsəlman hicri-qəməri təqvimi ilə 12-ci Zilhiccə ayın onuncu günü qeyd olunur. Bayramıт qeyd olunma günü Qriqori təqvimi ilə ildən ilə dəyişir.
Bayramın tarixi Tövratda və Quranda əks olunmuş əfsanə ilə bağlıdır. Bu əfsanəyə görə, İbrahim peyğəmbərə oğlunun yerinə qurban kəsmək üçün quzu göndərilib.
İslam bayram günündə heyvanı qurban kəsib, ətini isə adətə görə kasıb, yoxsul insanlara paylamağı buyurur. Qurbanlıq heyvan ancaq erkək olmalıdır – qoç, dana, nər. Azərbaycanda qurbanlıq olaraq əsasən qoç kəsmək adəti yayılıb. Qurban kəsimi ayini ərəfəsində qoçları qırmızı lentlərlə bəzəyir, ya da yununu qırmızı boya ilə rəngləyirlər.
Cümə günü Azərbaycanın bütün məscidlərində bayramla əlaqədar olaraq bayram namazı qılınır. 1992-ci ildən başlayaraq Azərbaycanda Qurban bayramı dövlət səviyyəsində qeyd edilir. Bu il bayramla əlaqədar olaraq, hökumət sentyabrın ilk dörd gününü istirahət günü elan edib.
Bu bayram Həcc mərasimi (Məkkə ziyarəti) ilə üst-üstə düşür, bu ziyarəti hər bir müsəlman ömründə heç olmasa bir dəfə yerinə yetirməlidir. Bu il Azərbaycandan Həccə 900 nəfər yola düşüb (ötən il kvota 600 nəfərdən ibarət idi), onların 60 faizi isə kişilərdən ibarətdir. Ən yaşlı zəvvarın 86, ən gənc zəvvarın isə 17 yaşı var.