Azərbaycanda ilk koronavirusa yoluxma halı qeydə alınıb
Azərbaycana İrandan gələn Rusiya vətəndaşında koronavirus aşkarlanıb – “Turan” agentliyi Azərbaycan hökuməti yanında operativ qərargaha istinadən xəbər verib.
Yoluxmuş şəxs xəstəxananın xüsusi infeksion boksuna yerləşdirilib. Onun vəziyyəti hazırda stabildir. Həmin şəxsin adı və məhz hansı xəstəxanaya yerləşdirildiyi haqda məlumat verilmir.
Xəstənin təmasda olduğu insanları müayinə etməyə başlayıblar.
• Belarusa Bakıdan gedən iranlı tələbədə koronavirus aşkarlanıb
• Koronavirusdan necə qorunmalı?