Azərbaycan SQ Ermənistanın cənubundakı kəndlərin yaxınlığında atırlar: ombudsmendən video-sübut
Ermənistanın insan haqları müdafiəçisi Arman Tatoyan Ermənistanın cənubundan – sünikdən video yayıb, orada kəndlərin bilavasitə yaxınlığında yerləşən Azərbaycan hərbçilərinin müxtəlif çaplı silahlardan atəş açdığı eşidilir
Ombudsmenin sözlərinə görə, o, vaxtaşırı olaraq Sünikdə Azərbaycan hərbçiləri tərəfindən atəş açıldığı haqda siqnallar alır.
2020-ci ilin payızında baş verən ikinci Qarabağ müharibəsindən sonra Ermənistanın cənub regionunda gərginlik səngimir. İkinci Qarabağ müharibəsi nəticəsində Zəngilan Azərbaycan ordusunun nəzarətinə keçib. Zəngilan Ermənistanın Sünik vilayəti ilə sərhəddə yerləşir və burada yeni sərhədin müəyyən edilməsi prosesi gedir. Yeni sərhəd sovet dövrünün inzibati sərhədlərinə müvafiq müəyyən edilir.
Bu da bəzi yerlərdə sərhədin Ermənistanın hansısa dövlət orqanlarının və fərdi tikililərin ortasından keçməsinə gətirib çıxarır. Sünik vilayətinin Qoris və Qafan şəhərləri arasındakı yol bir neçə yerdə Azərbaycan ərazisindən keçir.
- Şərh: “Ermənistan hakimiyyəti seçkilərdən imtina edir və müxalifəti küçələrə itələyir”
- “Xalq tələb etmir”: Ermənistan hakimiyyəti növbədənkənar seçkidən imtina edib
Ombudsmen kəndlərin yaxınlığında atışmanı yolverilməz hesab edir
Videoya yazdığı şərhdə ombudsmen qeyd edib ki, görüntülər Ermənistan sərhədçiləri tərəfindən iki gün əvvəl, sutkanın müxtəlif saatlarında Qafan icmasının Aqarak və Yeqvard kəndləri yaxınlığında çəkilib:
“Məsafəni təsəvvür etmək üçün qeyd edək ki, bu atəş yerlərindən Aqarak kəndinə 1 kilometrə yaxındır”.
Arman Tatoyan bildirib ki, vaxtaşırı olaraq Azərbaycan hərbçiləri tərəfindən atəş açıldığı haqda narahatedici siqnallar alır. Sünik vilayətinə aid kəndlərin, xüsusən də Qafan şəhərinin yaxınlığında yerləşən yaşayış məntəqələrinin sakinləri özləri onunla əlaqə saxlayırlar.
“Bu, bir daha sübut edir ki, Sünik vilayətinin yaşayış məntəqələrinin bilavasitə yaxınlığında, bu kəndləri birləşdirən yollarda Azərbaycan SQ olmamalıdır, bu, dinc sakinlərin hüquqlarını ciddi təhlükə altına qoyur, onların sakitliyini və din həyatını pozur”, – Arman Tatoyan yazıb
Sosial şəbəkələrdə də Azərbaycan hərbçilərinin atəş açmasına reaksiya veriblər
Facebook-un Ermənistan seqmentinin istifadəçiləri fəal şəkildə ombudsmenin bəyanatını şərh ediblər. Bəzi şərhlər:
“Sanki müharibənin nəticələrindən kimsə başqa şey gözləyirdi”
“Bu atəşlər Arnavos, Tez, Xnatsax, Xoznavar kəndlərində eşidilir – həm də hər gün”
“Bundan sonra necə ora rahat gedəsən? Paşinyan öz mühafizəsi ilə bəlkə də keçəcək. Adi adamlar bəs neyləsin?”
“Düşünmürəm ki, bu atışma hər hansı təhlükə kəsb edir. Onlar axı o qədər də axmaq deyillər ki, özlərini belə pis vəziyyətə qoysunlar”.