Azərbaycanda millət vəkili koronavirusa yoluxub
Milli Məclisin Səhiyyə komitəsinin sədrinin müavini Rəşad Mahmudov koronavirusa yoluxub. O, bu günə qədər koronavirusa yoluxan xəstələrin müalicə prosesində yaxından iştirak edib.
Deputat məlumatı təsdiq edib. Onun sözlərinə görə, koronavirus testinin nəticəsi müsbət çıxıb:
“Bəli, koronavirusa yoluxmuşam. Vəziyyətim o qədər də pis deyil. Ev şəraitində karantində müalicəm davam edir. Əminəm ki, bu sınaqdan da üzüağ çıxacağam. Hər kəs özünü qorusun. Hər birinizə sağlam və təhlükəsiz həyat arzu edirəm”.
Son günlər mediada Milli Məclisin 10-a yaxın deputatının koronavirusa yoluxduğu barədə məlumatlar yayılıb.
Mənbə: oxu.az