Azərbaycanda gündəlik yoluxanların sayı azalıb – epidemiyanın sonu yaxınlaşırmı?
Azərbaycanda daha 40 koronavirusa yoluxma halı qeydə alınıb, və beləliklə yoluxanların ümumi sayı 1098 nəfərə çatıb.
İndiyə kimi 11 nəfər vəfat edib, 250 nəfər sağalıb.
Baş Nazir Əli Əsədov hesab edir ki, məhdudlaşdırılıcı tədbirlərin görülməsi öz bəhrəsini gətirəcək.
“Hesab edirəm ki, biz bunun öhdəsindən gələcəyik və bu sınaqdan üzüağ çıxacağıq” – Əsədov deyir.
Keçmiş siyasi məhbus, aktivist Qiyas İbrəhimovа isə bugünki rəgəmlər şübhəli görünürlər. O, öz Facebook səhifəsində yazır:
“Deməli 40 yoluxan 50 sağalan var hə ?
Ə bə vəziyyət kritik idi?
Hə kritik idi, amma camaatın aclığından kritik idi, pandemiya yayılmasına görə yox.
Odur ki, biraz da uzatsa karantini camaatın “Evdə qal” zad hərləməyəcəyini bilir. Evlərində oturmayan aclarınsa hara gedə biləcəyini proqnozlaşdırmaq elə də asan olmaya bilər.
Qısası belə bir xəbəri, ancaq bu vəziyyətdən qorxub karantini uzatmaq istəməyən bir hakimiyyət tirajlaya bilər.
Nəzərə alsaq ki, İran da bu gün bir çox müəssisələrdə işi bərpa edib.
20 aprelə qədər rejim nə qazandı qazandı, bu qazancın onu iqtisadi – siyasi böhrandan qurtarıb qurtarmayacağınısa gözləyib görəcəyik.
Sizi 190 manatla yox, “virus faşizmi” ilə doladılar barmağa”.