Şərh: Bəs Ermənistan qüvvələri Azərbaycana qaytarılan rayonlardan çıxmasa?
Noyabrın 20-də Ermənistan silahlı qüvvələri üçtərəfli razılaşma ilə Azərbaycana qaytarılmalı olan Ağdam rayonunu boşaltmalıdır. Rəsmi şəkildə hələ ki, Ermənistan silahlı qüvvələrinin çıxarılması haqda hələlik bildirilməyib, amma qeyri-rəsmi mənbələr bəzi silahlı qrupların öz mövqelərini tərk etməkdən imtina etdiyi haqda xəbər verir.
Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan bəyanatda Azərbaycana təhvil verilməli olan ərazilərdən Ermənistan qüvvələrinin çıxarılması müxanizmi dəqiqləşdirilməyib.
- Qarabağ və “ərazi əvəzinə sülh” – yeddi rayon haqda Bakıdan şərh
- Sülh sazişi bağlananadan sonra Azərbaycan və Ermənistan nə əldə edib?
Yaranmış vəziyyəti və bəzi hərbi qrupların razılaşma şərtlərinə əməl etməkdən boyun qaçırması halında tərəflərin mümkün addımlarını şərh etmək üçün JAMnews hazırda Ukraynada yaşayan Azərbaycanın Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyevə müraciət edib.
“Şəxsən məndə razılaşmada müəyyən edilmiş qrafik üzrə Azərbaycana təhvil verilməli olan əraziləri tərk etmək istəməyən hansısa silahlı qruplar haqda məlumat yoxdur. Amma belə bir şey varsa, yük ilk növbədə Rusiya tərəfinin üzərinə düşür”, – Hacıyev bildirib.
Onun fikrincə, üçtərəfli bəyanatın maddələrinin qeyd-şərtsiz həyata keçirilməsini məhz Rusiya sülhməramlıları təmin etməlidir:
“Əlbəttə, Rusiya sülhməramlılarını klassik anlamda belə adlandırmaq olmaz. Birincisi, sülhməramlı qüvvələr münaqişə zonasına ölkənin bayrağı altında girməməlidir, digər analoji missiyaların təcrübəsindən belə bir şey xatırlamıram. Amma əgər bəyanat artıq imzalanıbsa, sülhməramlılar baş verənlərin neytral iştirakçılarıdır və onlar razılaşma tələblərinin həyata keçirilməsini təmin etməlidirlər”.
“Ermənistan silahlı qüvvələrinin çıxarılması üçün müəyyən edilmiş müddəti gözləmək lazımdır. Və əgər bu baş verməsə, o zaman Azərbaycan tərəfi sülhməramlılardan bəyanatın tələblərinin yerinə yetirilməsini tələb etmək hüququna sahibdir, özü öz ərazilərini Ermənistan silahlı qruplaşmalardan təmizləməlidir”, – həmsöhbətimiz qeyd edib.
Azərbaycan, Ermənistan və Rusiya arasında noyabrın 10-da imzalanan üçtərəfli sazişdə nəzərdə tutulduğu kimi Kəlbəcər rayonu 2020-ci il noyabrın 15-də təhvil verilməli idi. Razılaşmaya əsasən, Ermənistan Qarabağ ətrafında daha iki rayondan aşağıdakı qrafik üzrə qonşunları çıxarmalı və Azərbaycanın nəzarətinə verməlidir: noyabrın 20-ə qədər Ağdam rayonu, dekabrın 1-ə qədər Laçın rayonu. Münaqişə zonasının qalan hissəsinə Rusiya sülhməramlı qüvvələri daxil olub.
Razılaşmanın digər şərtləri arasında bunlar var:
• Ermənistan və Azərbaycan razılaşma imzalanan məqama qədər olduqları mövqelərdə qalır.
• Dağlıq Qarabağda təmas xətti boyunca Rusiya sülhməramlıları olacaq – 1960 hərbçi.
• Dağlıq Qarabağ və ətraf rayonların ərazisinə məcmuri köçkünlər qayıdır.
• Tərəflər hərbi əsirlərin dəyişdirilməsini həyata keçirməlidir.
• Regionda bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunacaq.